Müsavat Partiyasının Gənclər Təşkilatını sədr müavini Nigar Yaqublunun məhkəmə prossesi başa çatıb
Bu gün Abşeron Rayon Məhkəməsində hakim İlham Kərimlinin sədrliyilə keçirilən prossesə yekun vurulub.
Uzun sürən məhkəmə prossesindən sonra hakim Nigar Yaqubluya hökm oxuyaraq, ona 2 il 6 ay müddətinə məntəqə tipli həbs cəzası kəsib. Belə ki, gənc fəal cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli olacaq.
Qeyd edək ki, Müsavat Partiyasının üzvü Nigar Yaqublu avqustun 25-də Aydın Acalovun ölümünə səbəb olan avtomobil qəzası ilə bağlı günahkar bilinmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?