Xəbər verdiyimiz kimi, reper Elşad Xose keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanı döyüb.
Hər iki tərəf bu davanın əsl səbəbini açıqlamayıb.
“Xəzər maqazin” Oksana və Elşadla bağlı süjet hazırlayıb. Bildirilib ki, Elşadın Oksananı döyməsinə səbəb onu qısqanması imiş. Rəqqasə hətta xəstəxanalıq olub.
Oksana bununla bağlı suallara “Mənə məxsus olan bir problemdir. Heç kimin həyatını müzakirə etmək olmaz. Hər şeyim, görünüşüm yerindədir. Bir də gördünüz ailə həyatı qurdum. Hər şey yolundadır. Tək qalan deyiləm ki, hər şey ola bilər. Heç bir kişidən asılı olmayan qadınam. Bəzi kişilər məndən asılı olur” deyərək, soruşulanlardan yayınmağa çalışıb.
Qeyd edək ki, O.Rəsulova keçmiş həyat yoldaşının onu bıçaqla hədələdiyini və döydüyünü deyərək, polisə şikayət etmişdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?