Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında saxlanılan Elşad Əliyev (Xose) hazırda Binəqədi rayon Polis İdarəsindədir.
Binəqədi rayon Polis İdarəsindən Elşad Xosenin hazırda idarədə saxlanıldığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir. Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayət edərək reper tərəfindən döyüldüyünü bildirməsidir. Maraqlıdır ki, O. Rəsulova məlumatdan xəbərsiz olduğunu və belə bir hadisənin baş vermədiyini deyib. Reperlə əlaqə yaratmaq mümkün olmayıb, onun telefonuna zəng çatmayıb./qafqazinfo
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?