gundemxeber.az axar.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "ATV maqazin onlarla" verilişində ailə həyatı haqda danışarkən deyib. O, Elşad Xose ilə çətin günlər keçirdiyini bildirib:
"Elşadla hər şey çox yaxşı idi. Hər anımda mənə dəstək olurdu. Hamı məni qınadı ki, boşanmamış başqası ilə münasibət qurmuşam. Amma sevgi var idi... Hamı məndən üz döndərmişdi, bircə Elşad yanımda idi. Valideynlərimiz bizi qəbul etmirdi, 2 il kəbinlə yaşadıq. Elə günümüz olurdu ki, maşında yatırdıq. Bütün günü ancaq marketdə satılan yeməklərdən yeyirdik. Elşada demişdim ki, pis vərdişlər olsa, mən yoxam. Mən onu vərdişlərinə də qısqanırdım. Rəsmi nikahdan sonra Elşad çox dəyişdi. Mən ayrılmaq istədim. Nə qədər gəldi, barışmaq istədi, razılaşmadım".
Sorğu
Yeni dizaynımız necədir?