Türkiyədə yayımlanan “Dünya Güzellerim” proqramında Bülent Ersoy, Banu Alkan və Burcu Esmersoyla birgə Hindistana gedən müğənni Safiye Soyman çəkilişlər zamanı səhvən it əti yediyini açıqlayıb.
O, başına gələn hadisəni belə izah edib: “Vietnamda idik, çəkilişlərə fasilə verilmişdi. Bazarda Banu Alkan ilə acdıq. Gördük ki, ət bişirirlər, elə bildik toyuq ətidir. Yeyəndən sonra halım pisləşdi. Öyrəndik ki, sən demə bu, it əti imiş. Ürəyim bulandı və xəstəxanaya aparılmalı oldum”.
Sorğu
Yeni dizaynımız necədir?