Bakının Müşfiqabad qəsəbəsindəki Güzdək yaşayış massivində aşkarlanan 600 kiloqram at və eşşək ətinin labarotor müaynəsi başa çatıb. Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, ətdə qara yara xəstəliyindən şübhə olsa da, labarator müayinələr zamanı ətin tərkibində hər hansı infeksion xəstəlik aşkarlanmayıb: "Yalnız ətdə bakterioloji çirklənmə olduğu üzə çıxıb. Və təsdiqlənib ki, ət təkdırnaqlı heyvanların, yəni at və eşşək ətidir. Bu ətin məişətdə istifadəsinin yolverilməz olduğu barədə qərar verilib”.
Y. Xanvəli odur ki, ətin paytaxtdakı Heyvanat Parkına verildiyini söylədi. Əti satmaq məqsədilə paytaxta gətirilənlərin isə artıq kimliyi bəllidir. Y. Xanvəli istintaq sirri olduğundan həmin şəxslərin adının açıqlanmadığını söyləsə də, deyib ki, at və eşşək ətini satış məqsədilə gətirənlər Ağdam royonunun Mərzili kəndinin sakini olan iki qardaşdır: "Hazırda istintaq tədbirləri davam etdirilir. Həmin şəxslər qaçıb gizlənsələr də, polisə onların kimliyi bəllidir”.
Y. Xanvəli həmin şəxslər ələ keçdikdən sonra paketlənmiş at və eşşək ətinin üzərində yazılmış ünvanların araşdırılacağını söylədi. Xatırladaq ki, Müşviqabad qəsəbəsinin Güzdək yaşayış massivində dönərxanalara və iaşə obyektlərində əhaliyə satış məqsədli gətirilən at və eşşək əti aşkarlanıb. Paketlərin üzərində "Hacı, Mərdan, F-2, F-7 kimi gizli ünvanlar göstərilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?