“Hadisə yayda biz Nabranda olanda baş verib. Yığdığım pula heç vaxt baxmıram. Evdə xərclədiyimiz pul başqa olur, yığdığımız başqa. Oğlum isveçrədən gəlmişdi. ona söz vermişdim ki, universiteti bitirib qayıdanda sənə maşın alacam. Getdim pulu götürməyə, baxıram boxça yüngüldür. Əlimdən düşdü, gördüm boşdur. Deməli, pulu bütöv götürməyib. Biz şübhələnməyək deyə, hər bağlamadan bir az çıxarıb: birindən 20, birindən 30, birindən 3 dənə pul dartıb. Kimdirsə yaxın adamımız idi. Pis hala düşdüm, qışqırdım. Yoldaşım dedi ki, pul cəhənnəm, sən dəli olursan. İllərlə yığdığımı itirməyimə pis olurdum. Utandım polisə şikayət etməyə. Dedim birdən yaxın adamım olar. Yaxınımı polisə necə verim? Hadisə avqust ayında olub, ilk dəfədir bunu deyirəm”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?