Rza Zərrab və yaxın qohumlarının Türkiyədəki əmlakı müsadirə edilib.
"Zərrabın həyat yoldaşı Ebru Gündəşin də əmlakı müsadirə ediləcəkmi?"-sualı gündəmə gəlib.
Çünki Ebru Gündəş Rzanın həyat yoldaşı və övladının anasıdır. Təbii olaraq da Zərrabın ən yaxın adamıdır. Bu səbəbdən Gündəşin də əmlakının müsadirə ediləcəyi ehtimalı var. Amma İstanbul respublika prokurorluğunun qərarından sonra əmlakı müsadirə edilən 23 nəfərin siyahısı dərc edilib. Siyahıda Rzadan sonra qızı Alaranın adı var. Amma Ebru Gündəşin adı siyahıda yoxdur.
Qeyd edək ki, Ebru Gündəş ötən ay əri Rza Zərrabın villasını tərk etmişdi./ölkə.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?