Xalq artisti adını daşıyan bi qrup müğənninin son vaxtlar saçyolduya çıxması artıq əndazəni aşıb və deputatlar da bu qalmaqalda münaqişə tərəfinə çevriliblər.
. İlhamə Quliyevanın məhkəmədə xalq artisti Nazpəri Dostəliyevadan 50 min manat təzminat udması isə bu savaşı daha da alovlandırıb. Bu günsə İlhamə Quliyeva ANS-in efirinə dəvət edilib və demək olar ki, ona öz rəqiblərini təhqir etmək şansı verilib. Telekanalın “Baş xəbər” proqramına dəvət olunan xalq artisti onun ünvanına kəskin ifadələr işlətmiş millət vəkili Çingiz Qənizadənin ünvanına təhqir dolu fikirlər səsləndirib və onu anormal, gündə bir mövqe dəyişən adam kimi xarakteizə edib. Moderator.az saytı xəbər efirə gedəndən dərhal sonra millət vəkili Çingiz Qənizadə ilə əlaqə saxlayıb. Deputat bildirib ki, təhqir olunmasından indi xəbər tutub və bu qənaətdədir ki, onu elə efirə özünü bir daha biabır etmək üçün qəsdən dəvət ediblər. Deputatdan “niyə ANS bu cür ayrı-seçkiliyə yol verib və tərəflərdən birinə öz fikirlərini bildirmək şansı tanıyıb” sualına da maraqlı cavab aldıq: “Mən ANS-ə də zəng vurub bunun səbəbini soruşdum, bildirdilər ki, onu özünü efirdə biabır etmək üçün dəvət ediblərmiş.”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?