Müğənni Natavan Həbibi keçmiş dostu Kərim Abbasovun onun haqqında dediyi “qəlbi qaradır” sözünə münasibət bildirib.
Sənətçi “ATV maqazin onlarla”da həmkarının ünvanına sərt sözlər deyib:
“Kaş ki bacarardım... Bic olub bunların yolunu kəsərdim. Qəlbi qara da özünsən”.
Həbibi Abbasovun “Övladımın ad gününə bir çox dostum gəlmədi. Öyrəndim ki, Natavan onları qoymayıb. Aralarında Səidə də var idi” sözlərinə belə münasibət bildirib:
“Kərimi təbrik edirəm, Allah balasın saxlasın, böyüsün əsl kişi ola bilsin. Mən təzə bilmişəm ki, Kərimin övladı var. Siz “publikaya” işləyirsiniz, xal qazanırsınız. Yekə kişisiniz. Alçaqlıqdır ey bu... Necə deyim ki, Səidə getmə... Mən bilirdim ki, problem var idi, illərdir Kərimin övladı olmur. Oldu, mənim xəbərim olmadı? İndi mən pis dostam, yoxsa o pisdir ki, mənə xəbər etmədi?”.
Qeyd edək ki, Natavanın Kərimin övladı ilə bağlı açıqlaması bir çox şübhələr ortaya çıxarıb. Çünki Kərim 2012-ci ildə ata olma xəbərini yayıb. O, illərdir Səid adlı oğlan uşağını hər kəsə övladı kimi təqdim edir. 2016-cı ilin yayında isə o, ikinci dəfə ata olmasını açıqlamışdı. İkinci övladına isə Yusif adını qoyub. Yusif dünyaya gələndən sonra Kərim Səidlə demək olar ki, sosial şəbəkədə foto paylaşmır. Bu isə hər dəfə sosial şəbəkədə sənətçiyə yüzlərlə sual ünvanlanmasına səbəb olur./axşam.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?