Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva “Səhər-səhər” verilişində qonaq olub.
Aparıcı Elgiz Əkbər sənətçiyə bacısı haqda sual ünvanlayıb. Onun “Deyirlər, Zeynəb geridə qalıb. İki bacıdırlar, Nazpəri və Zeynəb... Bu iki insan bir-birindən fərqlənir, arasında bir əsr fərq var. Həm geyim, həm səhnə, həm danışıq, həm fikir bildirmək bir-birini tamamlamalıdır. Zeynəb o barədə geridədir. Geyimini bilmir. Nazpəri ilə çox fərqlənirsiniz” sözləri qarşı tərəfi əsəbiləşdirib.
Zeynəb Nazpəri haqda danışılmasına əsəbiləşib və etiraz edib:
“Heç Nazpərini çağıranda mənim adımı çəkən olmur. Mən gələn kimi Nazpərinin adını çəkirsiniz. Gərək dar, qısa və sinəsi açıq geyinəm? Başqa müğənninin adını çəkə bilməzsən? Dərd odur ki, o, verilişdə olanda mənim adım çəkilmir”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?