GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Tahir İmanovdan QALMAQALLI SÖZLƏR: “Talıb taleləri, üzeyirləri bəyənən KVN-i bəyənərmi?”

Tahir İmanovdan QALMAQALLI SÖZLƏR: “Talıb taleləri, üzeyirləri bəyənən KVN-i bəyənərmi?”

Tarix: 13-04-2018, 16:30 Bölmə :Maqazin Baxış: 396
Tahir İmanovdan QALMAQALLI SÖZLƏR: “Talıb taleləri, üzeyirləri bəyənən KVN-i bəyənərmi?”


Hər ilin aprelində tamaşaçıları başına cəm edən KVN-çilər bu dəfə də ənənələrinə sadiq qalıblar. Belə ki, Heydər Əliyev Sarayında “Planet “Parni iz Baku”nun “Nataşa, tı prişol?” adlı dördgünlük solo konsertinə sayılı günlər qalıb.

gundemxeber.az bildirir ki, teatrın bədii rəhbəri, əməkdar artist Tahir İmanov konsertlə bağlı Yenicag.az-ın suallarını cavablandırıb.

– Maraqlıdır, konsertin adını niyə “Nataşa, tı prişol?” qoymusunuz?
– Bizim növbəti konsertimiz “Formula 1” yarışı ilə əlaqəli olmalıydı – “Formula 1.2, bizimki”. Sadəcə olaraq, sonuncu konsertimizin kiçik bir səhnəciyində Fedot adlı personajının məşhur bir ifadəsi var – “Nataşa, tı prişol?”. Bu ifadə o qədər məşhur oldu ki, sorağı Rusiya və digər ölkələrə gedib çıxdı. Hətta dekabr ayında Cabirlə Moskvada idik. Orda mənə dedilər ki, Novikov adlı məşhur restoranlar şəbəkəsinin sahibi bu səhnəciyi öz səhifəsində paylaşıb və böyük populyarlıq qazanıb. Mən dərhal Bakıya zəng edib yaradıcı heyətə bildirdim ki, konsertin adını təcili olaraq dəyişib “Nataşa, tı prişol?” qoyuruq. Düşündüm ki, bu fürsəti əldən verməməliyik.
– Bildiyim qədərilə əvvəlcə ikigünlük konsert nəzərdə tutmuşdunuz…
– Bəli, ancaq sonradan günlərin sayını dördə çatdırdıq. Tamaşaçıların çoxu bu gün keyfiyyətli satira və gülüş üçün darıxıblar. Həm yeni kinoları, həm də yumoristik proqramları nəzərdə tuturam. Bu qədər bayağılıq içində yaşayan tamaşaçı təbii ki, keyfiyyətli yumor üçün darıxıb. Bu gün Bəhram Bağırzadə, Azər Məmmədzadə, Emil Abbasov kimi aktyorlarımız var ki, tamaşaçılar məhz onlar üçün darıxıb.
– Həm də Tahir və Cabir İmanov qardaşları üçün…
– Təşəkkür edirəm. Qeyd edim ki, hər il xaricdən məhz konsertimizə görə Bakıya gəlir və aprel ayında “KVN” ənənələrini tamaşaçılara yaşadırlar.

– Bu dəfə hədəfdə hansı məşhurlar olacaq?
– Geniş açıqlama vermək istəmirəm. Konsertimizin ilk nömrələrindən biri “Gündəm” adlanır. Yəqin ki, adından hər şey bəllidir. Hədəfimizdə məşhur və eyni zamanda bayağı müğənnilər, tanınmış siyasətçilər də var. Təssüflər olsun ki, indi səsi və sənəti olmyanlar gündəmdədir. Tamaşaçıları yumorun əsas qolu olan iti satira gözləyir.
– Bəlkə adlar çəkib, daha da konkretləşdirəsiniz hədəflərinizi?
– Qoy elə marağı qoruyub saxlayaq.
– Konserti yarımçıq tərk etmə ehtimalı varmı?
– Təbii ki, gözlənilir və həmişə belə olub.
– İndiyə qədər belə hal baş veribmi ki, hansısa sənətçini parodiya etmisiniz, o da əsəbiləşərək zalı tərk edib?
– Bunun əsasını ilk dəfə 2004-cü ildə Ədalət Şükürov qoyub. Rafel onu tənqid edəndə zalı yarımçıq tərk etmişdi. Çox adamlar olub. Biz çalışırıq yumordan anlayışı olan insanları parodiya edək.
–Tamaşaçını da sona qədər zalda saxlamanızın sirri nədədir bəs?
– Əvvəllər olurdu. Konsert başa çatan kimi insanlar qarderoba qaçırdılar ki, yolda tıxaca düşməsinlər. Bir kəlmə dedim ki, indi səhnədə əcnəbi artist olsaydı, sona qədər oturub onları alqışlayardınız. Bu sözlərdən sonra bir nəfər də olsun zalı tərk etmir.
– Kifayət qədər sərt satiralarınız olur. Heç konsert zamanı zəng edib szi hədələyən, təzyiq göstərən olubmu?
– Bu cür hədələr konsertdən sonra olub, qarşıma şərtlər qoyulub. Eyni zamanda, Televiziya rəhbərlərinə zəng edib deyiblər ki, filan səhnəcəyi çıxarın və s.
– Yeri gəlmişkən, telekanallarla münasibətiniz necədir, buzlar əriyibmi?
– Xeyr. Əhvalım yüksəkdir seçkilərdə gözəl nəticə əldə etdik, üstəgəl də gözəl hava var, bu mövzuda danışıb, əhvalımı korlamaq istəmirəm.
– Demək ki, qadağalar hələ də var…
– Bəli, ulu öndərin də iştirak etdiyi konsertlərin hamısı teleməkanda qadağa altındadır. 2015-ci ildən bütün televiziyaları tərk etmişik. Talıb taleləri, üzeyirləri bəyənənlər KVN-i bəyənərmi?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Evindən yarım milyard dollarlıq heroin çıxan azərbaycanlının adı açıqlandı

    Evindən yarım milyard dollarlıq heroin çıxan ...

    31-10-2014, 17:58

  • 
  • “Telekanallar bir ermənilərə, bir də bizə qadağa qoyub” - Tahir İmanov

    “Telekanallar bir ermənilərə, bir də bizə qadağa ...

    23-09-2016, 17:58

  • 
  • Şok! Keçmiş bakılı KVN-çidən yarım milyard dollarlıq heroin tutuldu - (Yenilənib)

    Şok! Keçmiş bakılı KVN-çidən yarım milyard ...

    31-10-2014, 15:07

  • 
  • Əməkdar artist baba oldu

    Əməkdar artist baba oldu ...

    27-10-2015, 15:56

  • 
  • `Bakıda yığılan pullar ermənilərin cibinə gedəcək` - Tahir İmanovdan haqlı etiraz

    Bakıda yığılan pullar ermənilərin cibinə gedəcək ...

    19-02-2016, 15:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (428)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu