Ötən il boşanan “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova yenidən ailə qurmaq niyyətindədir.
“Atv maqazin onlarla” ya açıqlama verən ifaçı bildirib ki, yenidən sevib-sevilmək arzusundadır: “Çox xoşbəxtəm. Hazırda sevgilim yoxdur. 2017-ci ildə boşandım deyə arada yaranan fasilə normaldır, olmalıdır. Çünki bir az özünə gəlməlidir. Amma artıq bahar gəlir. Yenidən niyə sevməyim? Mənə əlbəttə elə bir kişi lazımdır ki, sənətimi dəstəkləsin, mənim işimi sevsin”. Qeyd edək ki, D.Kazımova Türkiyə vətəndaşı olan Mərd Aslanla ailə qurub. Cütlük 2017-ci ildə ayrılıb. Dilarə ötən ilin sonunda hələ rəsmi boşanmadıqlarını demişdi./lent.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?