Məşhur model Gigi Hadid "Harper's Bazaar" jurnalı üçün kameralar qarşısına keçib.
19 yaşlı model dərgi üçün müxtəlif obrazlarda fotosessiya etdirib.
Eyni zamanda müsahibə verən Gigi "Haşimoto uru" (və ya autoimmun tireidit - qalxanabənzər vəzin iltihabı, adətən uşaq yaşlarında təsadüf olunur, vəzin funksiyasının orta yaşlarında tam pozulması ilə nəticələnə bilir) xəstəliyindən əziyyət çəkdiyini və bu səbəbdən arıqladığını açıqlayıb. Hadid xəstəliyi ucbatında bədən quruluşunda dəyişiklik olduğunu bildirib:
"Əgər imkanım olsaydı, əvvəlki çanaq və sinəmi geri qaytarardım. Amma geriyə belə təəssüf hissi ilə baxmaq lazım deyil. Mən o vaxt da bədənimi sevirdim, indi də".
Sorğu
Yeni dizaynımız necədir?