GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Məni AzTV-yə solist götürmək üçün 20 min istədilər”

“Məni AzTV-yə solist götürmək üçün 20 min istədilər”

Tarix: 5-07-2013, 23:32 Bölmə :Maqazin Baxış: 985
“Məni AzTV-yə solist götürmək üçün 20 min istədilər”


Tanınmış müğənni Yaqub Zürufçu: “Rüşvət nə qədər olacaq görəsən? Xaricdə gülürlər axı bizə...”
Tanınmış və sevilən müğənni, o taylı-bu taylı Azərbaycanın birlik şərqisinə çevrilmiş məşhur “Ayrılıq” mahnısının bənzərsiz ifaçısı Yaqub Zürufçu bu günlərdə Bakıda idi. ABŞ-da yaşayan Yaqub bəy vətənin bu tayına Dünya Gənc Türk Yazarlar Birliyinin 15 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak etmək üçün gəlmişdi.


Ünlü sənətçimiz tədbirə qonaq qismində qatılmışdı. Tədbirin keçirildiyi Rəşid Behbudov adına Mahnı Teatrında məqam düşən kimi ona yaxınlaşdıq.

- Salam, Yaqub bəy. Vətənə xoş gəldiniz. Necəsiniz?

- Çox şükür, yaxşıyam. Səhhətim də, səsim də öz yerindədir. Sizi soruşmalı, siz necəsiniz?



- Təşəkkürlər. Mən də yaxşıyam. Sizi tanıyanları, pərəstişkarlarınızı narahat eləyən bir sual verim: Yaqub bəy niyə efirlərdə görünmür?

- Sən elə sual verdin ki, cavabı birbaşa qalmaqala səbəb olar. Səsimi yazırsan?

- Bəli, yazılır.

- Xahiş edirəm onu söndür. Bu sualın cavabını yazmağını istəmirəm. Mən də çox istəyərəm ki, efirdə olam. Məni də göstərsinlər. Amma göstərmək istəmirlər. Bunların başı qarışıb pul qazanmağa. Məni neynirlər?! Məsələn, sən qəzetdə işləyirsən, məndən müsahibə alırsan və mən də fikrimi xalqa çatdırıram. Bunların fikri isə bu deyil. Bu da sənin sualının cavabı. Amma yenə də xahiş edirəm, bir cümlə də yazılmasın.

- Yazılmasını niyə istəmirsiniz?

- Arif bəylə razılaşdırılıb. Milli kanalın rəhbəri ilə.

- AzTV-nin sədri Arif Alişanovla?

- Bəli. Yazsan, buna görə sən də məsuliyyət daşıyırsan. Mən lotu oğlanam. Allahdan başqa heç kimdən qorxmuram. Niyə də qorxmalıyam? Bəziləri kimi rüşvət yeməmişəm ki... İndi fəxri ad almaq üçün, efirlərə çıxmaq üçün pul istəyirlər. Mən özümə hörmət qoyan adamam. Mən bu adamlarla üz-üzə gəlmək istəmirəm. Gərək cənab prezident İlham Əliyevə məktub yazam. AzTV-yə onda çıxaram.

- Dediniz ki, Arif Alişanovla razılaşdırılıb. Nəyi razılaşıbsınız?

- Bu sualı mənə niyə verirsiniz? Mən belə sualları sevmirəm.



- Bayaq deputat Nizami Cəfərovla söhbət edirdiniz. Söhbətdə də Arif bəyin adı çəkilirdi, nə isə xahiş edirdiniz...

- Yazmırsan ki?

- Yazıram...

- Yazma... Efirə çıxmaq mövzusu idi. Nizami bəylə danışırdım ki, yardımçı olsun.

- Yaqub bəy, toylara gedirsinizmi? Gedəndə neçəyə gedirsiniz?

- İki hal var: ya yaxşı pul alasan, ya da toya getməyəsən. Bax, bunu yaza bilərsiniz. Sözün düzü, mən toylara az gedirəm. Ona görə ki, Bakıda az-az oluram.

- Az getdiyiniz toyların qiyməti nə qədərdir?

- Mən uşaq deyiləm ki, qiymət deyim. Mən özümə hörmət qoyan adamam. Hər kəs hörmət qazana bilər, amma onu qoruyub saxlaya bilməz. Mən toy yiyələrinə heç vaxt pul oxumuram. Deyək ki, mən toya 100 min manata getmək istəyirəm. Verən olacaq?

- Yaqub Zürufçu Bakıda niyə konsert vermir? Bunun səbəbi təşkilatçılar ola bilərmi?

- Mən Bakıda az oluram. Yəni Amerikada yaşayıram. Azərbaycanda şou-biznes hələ işə düşməyib. Bizim müğənnilərimiz toylara tez-tez gedirlər. Xalq onları toylarda görür, tanıyır. Artıq konsert təşkil etmək yada da düşmür. Bizim təşkilatçılar yabancı müğənnilərin konsertin təşkil edirlər və insanlarımız da o konsertə gəlirlər. Bir konserti təşkil edə bilərəm, amma mənə layiq konserti təşkil etmək üçün ən azı 5 ayım gedəcək. Amma düzgün, təmiz təşkilatçı çıxsa və konsertimi təşkil etsə, niyə də konsert proqramı ilə çıxış etməyim?!



- Buradakı gənc müğənnilərə münasibətiniz necədir? Onları bəyənirsinizmi?

- Mən telekanallara çox az-az baxıram. Bu elə sualdır ki, cavab verməyə çətinlik çəkirəm. Mən bu suala cavab verməsəm yaxşıdır.

- Gündəmə gəlmək üçün sənət lazımdır, yoxsa qalmaqal?

- İndiki dövrdə sənət, səs lazım deyil.

- Bayaq dediniz ki, efirə çıxmaq məsələsi Arif bəylə razılaşdırılıb. Dövlət telekanallarında efirdə olmaq müğənni üçün nə qədər prestijdir? Sizcə, AzTV-də görünmək üçün mütləq Arif Alışanovla razılığa gəlmək gərəkdirmi?

- Xahiş edirəm belə qalmaqallı suallar vermə. Diktofonu söndür zəhmət olmasa. Biz Arif bəylə razılaşmamışıq hələ, efirə çıxım, sadəcə qərarlaşdırmışıq ki, görüşək Arif bəylə.

- Hansı verilişlərin qonağı olmaq istərdiniz?

- Mənə layiq verilişlər çox azdır.



- Belə çıxır ki, AzTV-də sizi qane edən verilişlər yoxdur. Və vaxtilə dəfələrlə verilişlərində olduğunuz TV-nin verilişləri tənəzzülə uğrayıb. Sözsüz, musiqili verilişləri nəzərdə tutursunuz yəqin...

- Azərbaycan televiziyası xanəndəni, musiqiçini dəvət etməli və orkestrlə proqram hazırlamalıdır. Hamısı da var. Mən ağsaqqal yaşımda özbaşına qapı döyə bilmərəm. Mənə yaraşmaz dünənin hansısa qoduğuna deyim ki, məni verilişə, efirə niyə çıxarmamısan. Onlar dünənki cücələrdir. Arif bəylə də görüşüb bunu anlaşaram. Uşaq-muşaqla danışmaq mənlik deyil. Mən elə bir dəfə cənab prezident İlham Əliyevə məktub yazsam, məsələmi həll edər.

- Siz belə düşünürsünüz ki, indi Azərbaycan televiziyasında musiqidən anlayışı olmayanlar musiqili verilişlərə rəhbərlik edirlər?

- Onları məndən soruşma. Bunu tamaşaçı görüb deməlidir. Mən desəm, deyəcəklər ki, sən özün nəsən. Mən istəmirəm elə insanlarla üz-üzə gəlim. Mən lotu oğlanam. Hirslənəndə kimsə gözümə görsənmir, bilirəm ki, vuracam onun qulağının dibinə. Özümü bilmirəm də...

- “O” deyəndə kimi və kimləri nəzərdə tutursunuz? Onları tanıda bilərsinizmi?

- Yox! Onları siz özünüz tanımalısınız, elə tanıyırsınız da. Nə qədər olacaq rüşvət görəsən? Rüşvət dövrü getdi e... Axı nə qədər olar telekanallarda rüşvət, pul-para ilə verilişlərə çıxmaq? Xaricdə gülürlər axı bizə.

- Rüşvəti hansı telekanalların rəhbərləri istəyir?

- Bəlkə də bəzi telekanallarımızın rəhbərliklərinin istənilən rüşvətdən xəbəri yoxdur. Amma bəziləri əlbirdir. Milli kanalın (AzTV-ni nəzərdə tutur-red.) rəhbərliyinin yanında işləyənlərdən biri məni ora solist kimi bərpa etmək üçün 20 min istədi.

- Həmin şəxsin adın deyə bilərsinizmi?

- Yox. Düşünməyün ki, qorxuram. Əvvəl də demişdim, indi də deyirəm - mən lotu oğlanam.

- Bəs niyə demirsiniz?

- Belə lazımdır.

- Amerikada bizim musiqini tanıyırlarmı?

- Əlbəttə, tanıyırlar... Çox yaxşı tanıyırlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yaqub Eyyubov "Şərəf" ordeni ilə təltif edildi

    Yaqub Eyyubov "Şərəf" ordeni ilə təltif ...

    23-10-2015, 21:01

  • 
  • Musa Yaqubun səhhəti pisləşib

    Musa Yaqubun səhhəti pisləşib ...

    15-06-2013, 00:18

  • 
  • Aşıqlar Birliyinin yeni sədri kim olacaq?

    Aşıqlar Birliyinin yeni sədri kim olacaq? ...

    8-11-2013, 11:41

  • 
  • "Heç kim Rusiyanı sındıra bilməz, o heç vaxt diz çökməyəcək"

    "Heç kim Rusiyanı sındıra bilməz, o heç vaxt ...

    15-09-2014, 15:11

  • 
  • Dilavər Əzimli: "Fəridə Məmmədova məsələsi ortalığa elə-belə atılmayıb" - SƏNƏDLƏR

    Dilavər Əzimli: "Fəridə Məmmədova məsələsi ...

    10-02-2014, 13:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu