Zəlimxan Yaqub: "Azərbaycan Aşıqlar Birliyinin sədrinin dəyişdirilməsi məsələsi gündəmdə deyil"
Mədəniyyət Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub, noyabr ayının 10-da müayinə olunmaq üçün Almaniyanın Hannover şəhərinə yollanacaq.
Xalq şairi ANS PRESS-ə açıqlamasında Almaniyaya yalnız böyrəklərindən müalicə almaq üçün getdiyini söyləyib.
Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub Aşıqlar Birliyi üçün yeni Aşıqlar Evinin tikilməsi məsələsinə də aydınılıq gətirib: "Allah qoysa yaxın zamanlarda möhtərəm prezidentimizin sərəncamı ilə Bakının mərkəzində Aşıqlar Evi tikiləcək. Gədəbəydə Aşıqlar Evinin açılışında da o öz ürək sözlərini dedi. Biz də onun dediklərini həyata keçirməyə hər zaman hazırıq".
Zəlimxan Yaqub həmçinin Azərbaycanda 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qurumun VI qurultayı keçiriləcəyini də sözlərinə əlavə edib.
Xalq şairi qurultay zamanı Azərbaycan Aşıqlar Birliyinin sədrinin dəyişdiriləcəyi məsələsinin müzakirə edilməyəcəyini də bildirib: "Azərbaycan Aşıqlar birliyinin şədrinin dəyişdirilməsi məsələsi gündəmdə deyil".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?