Prodüser Təranə Səmədovanın müğənnilər Kərim Abbasov və Rəqsanə İsmayılovaya cavabı gecikməyib.
Təranə məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib:
“Başımı aşağı salıb işimi görürəm, susaram, danışmaram. Danışsam, yenə pis insan olacam. Ona görə də “İt hürər, karvan keçər”. Hər zaman susmağımla bir addım öndə olmuşam.
“Yuyulmamış bir çömçə” ilə (Kərim Abbasovu nəzərdə tutur - red.) isə işim olmaz. 10 ildir ki, yuyulmur, onu qaşıyıb təmizlədikcə, pis qoxu gələcək. O da mənə, xanımlığıma yaraşmaz. Başımı qaldırıb Allaha şükür etməyi də unutmuram, mənə "ayıb" adı ilə sadaladıqları göz önündə olanlardır. Altdan-altdan etdiklərinizi mən yazası deyiləm. Şərəfimi unudub yazsam belə, burada yer çatmaz”.
Qeyd edək ki, Aysun 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyevanın uşaqlara gətirilər ərzaqları evinə aparmasını iddia edən video yayımlayıb. Təranə isə onu bu videoya görə tənqid edib. K.Abbasov Aysunun tərəfini saxlayaraq, Təranənin ünvanına təhqirlər səsləndirib.
T.Səmədova ilə R.İsmayılova uzun müddət birlikdə çalışıb. Onlar illərdir küsülüdür.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?