Son günlər bir çox media orqanında bəzi məmurların zaman-zaman əcnəbi müğənni və sənətçilərə bahalı hədiyyələr, pul və torpaq sahələri verdikləri ilə bağlı informasiyalar yer almaqdadır.
Bu informasiyaların əlaqədar dövlət qurumları tərəfindən dəqiqləşdirilməsinə ehtiyac varmı? Hər hansı bir azəbaycanlı məmurin əcnəbi müğənnilərə böyük pullar xərcləməsi, torpaq sahələri hədiyyə etməsi faktı təsdilənərsə, o zaman həmin məmurların məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlməlidirmi? Moderator.az-a açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu bu qəbildən olan məmurlarla bağlı araşdırma aparmağın vacib olduğunu vurğuladı: “Azərbaycanda bu baxımdan tam “bespredel” hökm sürür. Kimsə ad günü keçirir və milyonlarla dollar pul verib ad gününə müğənni gətirir. Heç kəs soruşmur ki, müğənniyə verdiyin bu bir milyonluq pulun vergisi hanı? Sən bu pulu haradan əldə etmisən? Ölkədə korrupsionerlər açıq-açığına cövlan sulayır. Bunun üzərində nə prokurorluq, nə də məhkəmə nəzarəti var. Bu cür məmurların Azərbaycan xalqının pulunu oğurlayıb hansısa türk müğənnisinə və ya amerikan artistisinə böyük pullar xərcləməsi məsuliyyət yaradır və bu adamlar haqqında cinayət işi qaldırılmalıdır. Sən kimsən ki, Azərbaycan torpağını kiməsə bağışlayırsan? Azərbaycan xalqının mülkiyyətini kiməsə hədiyyə verirsən? Sən bu pulu haradan alıbsan? Nəyə görə bunu məhz xaricilərə verirsən? Əsas məsələ budur”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?