Müğənni Səidə Sultan bu gün Mirbağır Bağırzadənin “Bağışla” mahnısına çəkdirdiyi klipi üçün təqdimat mərasimi keçirib.
Təqdimatdan sonra media nümayəndələrinin suallarını cavablandıran müğənni şəxsi həyatı ilə bağlı bir çox etiraflar edib. Bu barədə sualların çox verilməsindən gileylənən Səidə Sultan insanların onun evlənib evlənməməsi ilə bağlı xəbərlərdən bezdiyini deyib: “Şəxsi həyatdan elə zəhləm gedir. Çünki o barədə suallar çox olur. Vallah insanlar daha bezib ki, Səidə nə vaxt evlənəcək. Deyəcəklər “gözümüz aydın, ərə gedirsən get, getmirsən özün bilərsən”. O haqda nəsə xəbər oxuyanda məndə belə qıcıq yaranır. Tamaşaçını da qınamıram. Hələ ki, ağ atlı, ağ “porsche”li oğlanı gözləyirəm. Zarafat bir yana, bu işlər qismətdən asılıdır. Kişiləri çox qınayıram deyə mənimlə dolanmırlar. Mənə deyirlər ki, kişi kimi hamıyla dalaşdığım üçün ömür boyu tək qalacam. Amma yox, yaxşı kişiyə can qurban. Bir müddət sevirsən, sonra nələrisə unudursan, nələrisə keçirsən. Həyat xanımların qarşısına öz qismətini yetirsin ki, sonra peşman olmasınlar. Elə olur ki, sonradan etdiyin hər şeyi vurur başına. Mənim də peşman olduğum vaxtlar olub. İllərimə peşman olmuşam”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?