Müğənni Səidə Sultan son günlər görünüşündə etdirdiyi dəyişikliklərdən danışıb.
Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, üzündə bir çox müdaxilələr etdirib:
"Boynuma alıram, üzümə kosmetoloq müdaxilələri etdirmişəm. Nəticədə də çox dəyişmişəm. Bundan əvvəl burnumda plastik əməliyyat etdirmişəm. Bunu görünüş üçün yox, nəfəsalma problemimə görə etdirmişdim. Çox da razıyam. Oxumağım da düzəlib".
Sevgidən söz açan S.Sultan bildirib ki, hazırda həyatında heç kim yoxdur. Müğənni "Müğənni sevəndə, işləyə bilmir" sözlərinə aydınlıq gətirib:
"Bu sözü öz adımdan demişəm. Sevgi yaşayıramsa, vəssalam, həyatda yoxam. Bütün fikrimi ona ayırıram. Kişilər ifritə qadınları sevirlər. Efirdə mən də ifritə kimi görünürəm, amma realda belə deyiləm. İfritəliyi də bacarmıram, elə buna görə də münasibətlərim davam etmir, mənimki sevgidə gətirmir.
Ya istədiyim insanla rastlaşmamışam deyə alınmır, ya da bacarığım yoxdur. Amma kişiylə başa-baş gedənəm: desə ki, vuraram, döyərəm. Ona cavab qaytarıram ki, vuraram da, öldürərəm də, döyərəm də... Mən sevgidə sadiq insanam. Bir insanı sevirəmsə, ona bağlı olacam".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?