GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan olmalıdır”

“Müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan olmalıdır”

Tarix: 9-07-2013, 15:47 Bölmə :Maqazin Baxış: 759
“Müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan olmalıdır”
Xalq artistləri arasında yaşanan qalmaqalların sayı artmaqda davam edir. Bu mötəbər ada layiq görülən sənət adamları bir-birlərini hətta efirdən, KİV səhifələrindən nalayiq ifadələrlə təhqir etməkdən çəkinmir, tamaşaçılara, adını daşıdıqları xalqa belə hörmət etmirlər. Bütün bunlar azmış kimi, onları bu hərəkətləri etməkdən çəkinmməyə, tamaşaçıya hörmət etməyə çağıranları da şantaj etməyə başlayıblar. ATV-nin canlı efirindən Nazpəri Dostəliyevaya xitabən “mən yemirəm, yedizdirirəm” deyə səsləndirdiyi nalayiq ifadə ilə gündəmə gələn İlhamə Quliyeva bu sırada lap rekord qırıb.


Onun bu ifadəsinə mətbuat vasitəsilə etirazını bildirən millət vəkili Çingiz Qənizadəni şantaj edərək onun barəsində prezidentə müraciət edəcəyini deyib. “Mən Çingiz Qənizadə adlı deputat tanımıram. Mənim titulum ondan yüksəkdir. Əgər o, bir də mənim şərəf və ləyaqətimə toxunsa, ölkə prezidentinə müraciət edəcəm ki, bu barədə ölçü götürsün. O, ağlını başına yığsın, öz işi ilə məşğul olsun”.

İ.Quliyevanın bu açıqlamasına cəmiyyətdən kifayət qədər təpki gəldi. Parlamentin 10-a yaxın deputatı məsələyə münasibət bildirərək həmkarlarının haqlı olduğunu bildirdilər və onun müdafiəsinə qalxdılar. Məsələ ondadır ki, xalq artistinin danışıqları, hərəkətləri öz həmkarları tərəfindən də tənqid edilir, etirazla qarşılanır.

Alim Qasımov: “Müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan olmalıdır”

Dünya şöhrətli muğam ifaçısı, xalq artisti Alim Qasımovun sözlərinə görə, müğənni xalq artisti, sülh səfiri, kraliça olmazdan öncə həm də insan olmalıdır: “Sənətçi titulları ilə deyil, əməyi, zəhməti ilə tanınmalıdır. Özünüz bilirsiniz ki, mən qalmaqaldan, şoudan uzaq adamam. Mən Ramazan ayına hazırlaşıram və hər kəsi də bu müqəddəs ayda pisliklərdən uzaq olmağa çağırıram. Mənim üçün mənəviyyat hər şeydən üstdə dayanır. Kim kimi təhqir edir, aşağılayır, özü və Allahı bilsin. İstər müğənni, istər siyasətçi, istərsə də jurnalist öz hərəkətləri ilə, əməlləri ilə cəmiyyət üçün nümunə olmalıdır. Qoy hər kəs mənim dediklərimdən öz payını götürsün. Sənətdən başqa bütün digər şeylərlə gündəmə gələn müğənnilər öz əməllərinin cavabını verəcəklər. Əgər cəmiyyətdə o adamların barəsində yaxşı fikir yoxdursa, titulların nə mənası var?”

Rasim Balayev: “xalq artisti millət vəkilinin də üzərinə hücum çəkirsə bu qudurğanlığın göstəricisidir”

Xalq artisti, Azərbaycanın sevimli aktyoru Rasim Balayev hesab edir ki, günah səviyyəsi olmayanlara titul verib şişirdənlərdədir: “Biz onları göyə qaldırmışıq və indi də cəzasını çəkirik. Yaltaqlıq edənlər başa çəkilir, sonda xalqa üstən aşağı baxırlar. Normal adam təhqirə yol verməz. Hazırda mən müalicə olunuram və dırnaqarası xalq artistlərindən danışdıqca səhhətim daha da pisləşir. Əgər xalq artisti millət vəkilinin də üzərinə hücum çəkirsə bu qudurğanlığın göstəricisidir. Hər kəs öz həddini bilməlidir. Belə adamlara xəbər göndərilməlidir ki, qələt edib yerində otur. O da oturacaq. Qadın müğənni ümumiyyətlə özünə hörmət edən insan “mən yemirəm, yedizdirirəm” ifadəsini işlətməməlidir. Bu ifadəni işlədən adamın əxlaqı yerində deyil”.

Nailə Mirməmmədli: “Bəzilərinin nə sənəti var, nə də əxlaqı”

Gözəl bəstəkar, əməkdar xalq artisti Nailə Mirməmmədli bəzi müğənnilərin, sənət adamlarının hərəkətinə görə xəcalət çəkdiyini bildirdi: “Onların arzuolunmaz əməllərinin zərbəsi biz bəstəkarlara da dəyir. Konsert, gecə təşkil edirsən, deyir “filankəs oxuyacaqsa, mən oxumayacağam”. Müğənnilərin arasındakı problemdən biz, cəmiyyət niyə zərər çəkməlidir? Bəzən deyirlər ki, “Xalq artisti” və digər titulların geri alınması proseduru hazırlansın. Gör vəziyyəti hansı həddə çatdırıblar ki, millət vəkilləri bu təkliflə çıxış etmək məcburiyyətində qalıblar. Müğənnilər xalq artisti və digər titullardan istifadə edib çərçivəni aşmamalıdırlar. Xalq artistləri əxlaqları ilə cəmiyyətə nümunə olmalıdırlar. Bəzilərinin sənəti var, əxlaqı yerində deyil, bəzilərində isə ikisi də yoxdur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlhamə Quliyevadan millət vəkilinə sərt sözlər

    İlhamə Quliyevadan millət vəkilinə sərt sözlər ...

    4-07-2013, 00:29

  • 
  • Daha bir neçə xalq artisti İlhaməyə etiraz etdi Şou-Biznes

    Daha bir neçə xalq artisti İlhaməyə etiraz etdi ...

    13-07-2013, 01:29

  • 
  • Xalq artistlərinin vəkilləri arasında QALMAQAL

    Xalq artistlərinin vəkilləri arasında QALMAQAL ...

    20-12-2013, 11:13

  • 
  • İlhamə Quliyevadan Natavan Həbibiyə sərt ismarış

    İlhamə Quliyevadan Natavan Həbibiyə sərt ismarış ...

    10-12-2013, 13:33

  • 
  • İlhamə Quliyeva deputata “anormal” dedi... - TƏHQİR

    İlhamə Quliyeva deputata “anormal” dedi... - ...

    11-07-2013, 13:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu