"Xəzər TV"də yayımlanan "Hər şey daxil" verilişinin aparıcılarından olan prodüser Tolik (Tarix Əliyev) bu gün yayımlanan proqramda taksi sürücülərini təhqir edib.
Şou-biznes nümayəndələrinin dəbdəbəli həyat tərzindən danışan Tolik azərbaycanlı müğənnilərlə onların türkiyəli həmkarlarını müqayisə edib. O bildirib ki, azərbaycanlı müğənnilərdən fərqli olaraq, qardaş ölkənin şou-biznes nümayəndələri taksilərdən istifadə edir. Tolik bu fikri səsləndirərkən türkiyəli taksi sürücülərinə qarşı təhqirə yol verib: "Vaxtı ilə müğənni Eltonun maşını olmayıb, şəhərdə taksi ilə gəzirdi. Deyirdim ki, gəl səni aparım, o da cavab olaraq "burda nə var ki?" söyləyirdi. Türkiyədə müğənnilər gecə istirahətdən çıxdıqdan sonra sarı taksilərə minirlər. Hansılar ki, içi it iyi verir. Düzdü, bəzi müğənnilərdən qəşəng iy verir. Ona minib gedirlər, amma utanmırlar ki, onları bütün Türkiyə izləyir".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?