"Toppuş bacı" ləqəbi ilə tanınan əməkdar artist Tünzalə Əliyeva xərçəng xəstəliyinə yoluxub.
gundemxeber.az xəbər verir ki, bu barədə “Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran Hüseynov məlumat verib.
O, xəstəxanada aktrisa ilə birgə çəkilmiş şəklini paylaşaraq yazıb: “Həyat bir imtahandır. Ya bu imtahandan keçirsən, ya da kəsilirsən...Qəribə olanı odur ki, burada hazırlıq, bilik, savad rol oynamır. Ya sən keçirsən, ya da... Amma burda bir dərman da var: İnam! İnanırsan ki, sən mütləq keçəcəksən. Məhz bu inam imtahanda adama həyan olur, yardım edir. Məni yaşadan daim inam olub. Mən bu gün hansı xəstəyə baş çəkirəmsə, ona inam arzu edirəm. Ona “Allah şəfa versin” deyib, ən xoş arzularımı diləyirəm. Məgər, məni bu günə qədər yaşadan sizin arzu və dualarınız deyilmi?! Gəlin hamılıqla ağır xərçəng xəstəliyinə düçar olan, yataqda şəfa inamı ilə yaşayan, cəmi 45 yaşı olan gözəl insan, “Toppuş bacı” obrazını canlandıran təkrar olunmaz aktrisa, əməkdar artist Tünzalə Əliyevaya dua edək və ona kömək edək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?