Yaxın günlərdə Tarif Şurası ölkədə nəqliyyatın qiymətini qaldırdıqdan sonra məsələyə sadə vətəndaşlarla yanaşı məşhur simalar da öz etirazların bildirib.
Bu məşhur simalardan biri də müğənni Nura Suridir. O, bu məsələ haqda bunları deyib:
"Bu qiymət artımı nəyə lazımdır? Nə etmək istəyirsiniz? İnsanları niyə qıcıqlandırırsınız bilmək olar? Deputatlar, millətin vəkilləri niyə danışmırlar? Maaşları artıb, sakit oturublar".
Müğənni həmçinin ölkədəki digər qiymət artımlarına da münasibət bildirib.
"Adi saç boyasının qiyməti 2 dəfə artıb. Mobil telefonların da qeydiyyat qiyməti qalxdı (5 azn-dən 150 azn-ə) yol haqqı da həmçinin. Daha nələr olacaq? Biri çıxıb camaata desin ki, nə məsələdir. Türkiyədə 1 dollar 5 lirə olub. Bizdə nə olub bəs? Dollar qalxacaq, yoxsa nə təsir edib ki, qiymətlər artıb?", - deyərək Nura Suri qeyd edib./sonxeber.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?