Azərbaycan professional repinin banisi Anar Nağılbaz vəfat edib.
gundemxeber.az xəbər verir ki, bu barədə REAL-a repçinin yaxınları məlumat veriblər. Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva oğlunun ölümünü təsdiqləyib. Ailə üzvləri bildiriblər ki, reperin ölümünə uzun müddətdir çəkdiyi stresdir.
Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. 1992-ci ildə "Canlı klip şou" rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə "Narkodünya" mahnısı ilə şöhrət qazanıb. 1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.
***
Tanınmış reper Anar Nağılbaz rəhmətə gedib.
Bu barədə reperin ailəsindən məlumat verilib.
Faktı dəqiqləşdirmək üçün Anar Nağılbazın atası Rizvan Cəbiyevlə əlaqə saxlanılıb. R.Cəbiyevin telefonuna cavab verən xanım adının açıqlanmasını istəməsə də, onun ölümünü təsdiqləyib. Bildirib ki, Anar stressdən vəfat edib.
Xanım əlavə edib ki, Nağılbaz bir neçə gündür özünü pis hiss edirmiş.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?