Bir neçə gündür kişilərlə içki məclisində çəkilən videosu yayılan müğənni Mətanət Əsədova "Hər şey daxil” verilişinin qonağı olub.
Sənətçi aparıcı Sərxan Kərəmoğlunun onun ünvanına dediyi sözlərə cavab verib.
Əsədova aparıcını təhdid edib və onun ünvanına təhqirlər səsləndirib: "Səni bağışlamayacam, axıra kimi də gedəcəm. Mənim üçün ölüsən. Kişi adına xələl gətirən, deyirsən, Azərbaycan qadınına xələl gətirən. Gedək həkimə, qadınlığımı sübut edəcəm. Amma sən kişiliyini sübut edə bilməyəcəksən. Bir gün mənə göz yaşı axıdırsan, sonra verilişinə gətirib hər yerimi öpürsən. Səhəri də efirə çıxıb fikrini dəyişirsən.
İncəsənətə murdarlıq gətirirsən, o kanaldan bura qovulursan. Deyirsən, verilişimə gəl. Ora gələnəm? Məndə abır var ey. Gör səni nə edəcəm, qanunla başına oyun açacam. Murdar, adını çəkmək istəmirəm sənin. Verilişinə getmədim deyə belə edirsən, sən aparıcısan? Nədən xəbərin var ki, sənin də verilişinə gəlim? Sən milçəksən, səni əzəcəm. Səni əzəcəklər, mən yox, başqası”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?