Mətanət Əsədova: "Bir də mənim bacımın ölümündən şou düzəltsələr, o telekanalı dağıdacam"
Şou-biznes Müğənni Mətanət Əsədova ANS-in birbaşa efirində telekanalları hədələdi. ANS PRESS-in məlumatına görə, "Adam içində"nin qonağı olan müğənni əsəblərinə hakim olmayaraq qalmaqal saldı. Bacısının 40-ı çıxmamış toya getməsindən yazılan xəbərlərdən hiddətlənən Əsədova, özünə haqq qazandıraraq jurnalistləri günahlandırdı: "Mənim başıma müsibət gəlib. Bu nə söz-söhbətlərdi? Məni sayıb yasıma gəliblərlə, mən də onların xeyir işinə getməliyəm. Bunu şişirtməyə ehtiyac yoxdur. O xəbəri yayanı tanıyıram. Onu mənim evimə gəlib üzümə gelə-gülə şəklimi çəkib saytlara verdi. Mən həmin jurnalistlə necə lazımdırsa söhbət edəcəm. Mənə hörmət eləyəni başımın üstünə çıxararam, hörmət eləməyəni qarşıqa kimi əzərəm. Mən fil kimi qəzəbliyəm, dəvə kimi kinliyəm. "Vuraram, kəsərəm" deyənlərdən xoşum gəlmir. Adam deməz, eləyər."
Mətanət Əsədova "Adam içində"nin digər qonağı jurnalist Hacıbəy Heydərliyə üzünü tutaraq, "Məni tanıyırsan mənim bacımdan yazırsan? Tez cavab ver, dünən mənim və bacımın haqqımda nə danışmısan? Sən kimsən axı? Yazırsansa niyə özümə zəng vurub soruşmadın?"-deyə cavab verməsini tələb etdi.
Qəzəbi sənətçinin hərəkətlərindən özünü itirən Hacıbəy, "Mən şou-yazar deyiləm. Mən sadəcə bacınızın həbs olunması və ölümü ilə bağlı yayılmış xəbərləri istinadla vermişəm. Mən sizi tanımıram."- desə də Mətanət sakitləşmədi və Hacıbəydən əl çəkib verilişin ikinci aparıcısı Afət Rahilqızını ittiham etməyə başladı.
"Sən mənim düşmənimsən? Nə istəyirsən məndən?" və bu kimi əlaqəsiz cümlələr işlədərək ayağa qalxıb qışqıra-qışqıra milyonlarla tamaşaçıların qarşısında bacısından və ya onun özündən yazan və danışan bütün jurnalistləri hədələdi: "Mənim dünya boyda səsim var. Yazırsız, səsimdən yazın. Burdan bütün telekanallara üzümü tutub deyirəm, telekanal bir də mənim bacımın ölümündən şou düzəltsələr, o telekanalı dağıdacam."
Əsədova aramsız və əsəbi çıxışının ardınca, "Elgiz, mən rayona getməliyəm." - deyərək verilişi yarımçıq tərk etdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?