Dostlar, qorxuram, amma vaxt gəldi çatdı, sayılı günlərim qalıb. Özünüzə yaxşı baxın, sağolun.
gundemxeber.az xəbər verir ki, bu sözləri BBC-nin tanınmış radio aparıcısı Reyçel Bland (Rachael Bland) şəxsi Tvitter hesabında yazıb Reyçel 2016-cı ildə döş xərçəngi xəstəliyinə yoluxduğunu öyrənəndə o, parkda balaca oğlu ilə gəzintidə olub. İki ildən çoxdur ki, müalicə alan aparıcı sağala bilmir. Radio 5 Live-da aparıcılıq edən aparıcı artıq xərçəng xəstəliyi ilə mübarizə apara bilmir. Həkimlərin Reyçelə dediyinə görə onun sayılı günləri qalıb.
O, Tvitter hesabında izləyiciləri, dostları və fanatları ilə sağollaşıb. Dəstək olduqlarına görə onlara təşəkkür edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?