Bu barədə açıqlama verən ifaçı bəzi həmkarlarına söz atmağı da unutmayıb: "Hər zaman çalışmışam ki, idarə etdiyim toylar şən keçsin. Ev sahibi məndən razı qalsın və növbəti övladının və ya qohumuna xoş gününə yenidən məni dəvət etsin. Onu da deyim ki, getdiyim el şənliklərində 1000 nəfərə yaxın insan rəqs edirsə, deməli toya gələn qonaqların idarə etdiyim məclisdən xoşları gəlir. Çünki toy sahibi istəyir ki, el şənliyində müğənni canlı ifa olsun. Yoxsa bəzi müğənnilər kimi ev yiyəsindən kifayət qədər pul alır. Amma fonoqrama ya da toy sahibini aldadıb musiqiçilərini yerində əyləşdirib diski qoyub ifa edir. Guya ki, canlı oxuyur. Fonoqramla və ya disklə oxuyub özünüzü, ev sahibini yoxsa qonaqları aldadırsınız? Belə toyu idarə etməyə nə var? Adamın lap gülməyi gəlir. Həmin həmkarlarıma demək istəyirəm ki, haram yollarla pul qazanmayın".
Sorğu
Yeni dizaynımız necədir?