Əməkdar artist Nüşabə Ələsgərli ilə müğənni Tunar Rəhmanoğlu arasında qalmaqal böyüməyə başlayıb. Bu gün “Səhər-səhər” proqramına qonaq olan sənətçi həmkarı ilə yaşadığı anlaşılmazlıqdan söhbət açıb:
“Bilmədim ki, bu məsələ hardan, necə ortaya çıxdı. Nüşabə xanımın illər öncə keçirdiyi məclisdə olan bir hadisə idi. Mənimlə bağlı bir şey deyil. Kimsə reklam olsun, onun sənətinə pislik gətirsin deyə etmişdi. Nüşabə xanıma da and içdim ki, həmin videonu biz yaymamışıq. Aramızda heç nə ola bilməz. Məclislərdə də görüşürük. Mən nəyə görə elə bir şey edim ki?”.
Proqramda daha sonra əməkdar artistin Tunar barədə söylədiyi fikirlərin əks olunduğu sujet yayımlanıb.
“O video yayılanda düşündüm ki, yəqin bunu Tunar edib. Bəlkə də, gündəmə gəlmək üçün! Həyatdı da... Amma sosial şəbəkələrdə “Qısqanclıqdır, Nüşabə xanımdır da...” yazmağı məni çox incitdi. Lazım olsa mən Tunarın özünə xəbər göndərərdim ki, oxuma, aşağı düş. Tunar niyə o videonu sosial şəbəkədə paylaşıb? Şərhləri açıq qoyaraq məni söydürür. Oarada mənə nalayiq sözlər yazırdılar” – deyə Ələsgərli qeyd edib.
Sorğu
Yeni dizaynımız necədir?