GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Atamın həbsdə saxlanılmasından bizdən çox cəmiyyət itirir”

“Atamın həbsdə saxlanılmasından bizdən çox cəmiyyət itirir”

Tarix: 23-11-2015, 17:54 Bölmə :Ölkə Baxış: 0
“Atamın həbsdə saxlanılmasından bizdən çox cəmiyyət itirir”

Nəcmin Kamil: “Önəmli olan qorxu hissinin vicdani hissləri ötüb keçməsinə icazə verməməkdir”

Xeyli müddətdir həbsdə olan “Hüquq Maarifçiliyi” Cəmiyyətinin sədri İntiqam Əliyevdən yeni bir xəbər yoxdur. İntiqam Əliyevin vəziyyətini hüquq müdafiəçisinin oğlu Nəcmin Kamildən öyrənməyə çalışdıq.

- Nəcmin, çoxdandır atanız İntiqam Əliyevdən xəbər yoxdur. Necədir vəziyyəti? Nə xəbər var? Səhhəti necədir?

Yaxşı olduğunu deyə bilmərəm. Onun kimi insan qapalı həbsxana şəraitində yaxşı ola bilməz. Ancaq möhkəmliyini və dözümlülüyünü qoruyub saxlayır. Gümrah qalmağa çalışır. Bunun üçün idmanla məşğul olur. Ancaq hər dəfə onun yanına gedəndə gördüyümüz odur ki, səhhəti və fiziki durumu getdikcə pisləşir. Ciddi müayinəyə və onun əsasında uzunmüddətli müalicəyə ehtiyacı var. Amma bu, həbsxana şəraitində mümkün deyil. Həbsxanaya köçürüldükdən sonra bir sıra problemlərlə üzləşmişdi, bəziləri hələ də qalır. Ən vacibi isə odur ki, işlərini davam etdirə bilmir. Bu, onu həm çox məyus edir, həm də həbsxanada keçən günlərini daha da çətinləşdirir.

- İntiqam Əliyevlə bağlı mediada çox az yazılar gedir. Sanki hər kəs bu həbslə barışıb. Sizə necə təsir edir, bu?

Bu, mənim üçün anlaşılandır. Atam ölkədə yeganə siyasi məhbus deyil və siyasi məhbus problemi də ölkədə yeganə problem deyil. Hərənin özünə görə kifayət qədər dərdi var. Həm də ölkədə qorxu mühiti o qədər genişlənib ki, bəzən insanlar siyasi məhbuslara dəstəklərini ifadə etməyə belə çəkinirlər. Hər media qurumuna da bu mövzuda yazmağa icazə verilmir. Ancaq razılaşmıram ki, insanlar bununla barışıb. Sadəcə, hakimiyyət repressiyaların həcmini o qədər artırıb ki, həbslər, təzyiqlər və s. artıq adiləşib. Bütün bunlara baxmayaraq, dəstək olanlar da çoxdur. Onu hər zaman dəstəkləyən, hər zaman onun haqqında düşünən və danışan geniş çevrəsi var. Həbsindən sonra bir sıra nüfuzlu mükafatlara layiq görülüb və inanıram ki, həbsdə qaldığı müddətdə onun işinə istər yerli, istərsə də beynəlxalq diqqət davamlı olacaq.

- Siz necə, İntiqam bəyin həbsdə olması ilə barışa bilmisinizmi?

- Təkcə atamın yox, ölkədə hər hansı bir şəxsin ədalətsiz həbs olunması ilə barışa bilmərəm. Siyasi məhbusların azad olunması üçün bir vətəndaş kimi əlimdən nə gəlirsə, etməyə çalışıram.

- Ailənizin başçısı - atanız həbsdədir. Ailənizin yanında deyil. Hansı çətinlikləriniz var?

- Təbii ki, çətinliklər olur. Ancaq o, ailəsi olaraq bizi bütün bunlara hazırlamışdı. Önəmli olan bu çətin günlərdə bizim onun yanında olmağımızdı. Mən bilirəm ki, ailəsinin daim yanında olduğunu görməsi, onu ən ağır şəraitdə belə möhkəm saxlayır. Və onu möhkəm olduğunu biləndə, biz də bu çətinliklərin öhdəsindən gələ bilirik.

Atamın həbsdə saxlanılmasından bizdən çox cəmiyyət itirir. O, yorulmadan insanların hüquqlarını müdafiə edirdi, yeni nəsil hüquqşünaslar yetişdirirdi, ölkədə baş verən pozuntuları beynəlxalq səviyyədə qaldırırdı. Yəni onun və həmkarlarının həbsi həm də cəmiyyəti bütün bunlardan məhrum edib.

- Atanızın həbsindən ötən bu bir neçə ay sizə nəyi göstərdi, nəyi öyrətdi və nələrdən dərs götürdünüz?

- Atamın həbsi dövründə, xüsusilə istintaq və məhkəmələr ərzində öyrəndim ki, insanın istənilən təhdidə, cəzaya baxmayaraq, haqsızlıq önündə əyilməməsi, sınmaması mümkündür. Önəmli olan qorxu hissinin vicdani hissləri ötüb keçməsinə icazə verməməkdir.

- Kimlərəsə deyəcək hər hansı bir sözünüz varmı?

- Maraqlanan, dəstək olan hər kəsə həm atam, həm də ailəmiz adından təşəkkürlərimizi çatdırıram. Bu dəstəyin davamlı olması ona görə çox vacibdir ki, siyasi məhbuslar özlərinə çatdırılan hər dəstək mesajını və aktını görəndə, hiss edəndə bu onların mübarizə əzmini daha da artırır, daha da möhkəm edir. Unutmaq olmaz ki, bizim azadlıqlarımız uğrunda öz azadlığını itirmiş hər bir şəxsə dəstək olmaq bizim börcumuzdur.

Qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunan hüquq müdafiəçisi İntiqam Əliyev ötən ilin avqust ayında həbs edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İntiqam Əliyev beynəlxalq mükafata layiq görülüb

    İntiqam Əliyev beynəlxalq mükafata layiq görülüb ...

    4-02-2016, 22:32

  • 
  • İntiqam Əliyev azad edildi (CANLI YAYIM )

    İntiqam Əliyev azad edildi (CANLI YAYIM ) ...

    28-03-2016, 14:15

  • 
  • İntiqam Əliyevin evindən götürülən suvenir ekspertizaya göndərilib

    İntiqam Əliyevin evindən götürülən suvenir ...

    15-08-2014, 17:12

  • 
  • Bəybala Əbil İntiqam Əliyevi təbrik edib (VİDEO)

    Bəybala Əbil İntiqam Əliyevi təbrik edib (VİDEO) ...

    30-11-2014, 22:41

  • 
  • İntiqam Əliyev: Çox yaxın vaxtlarda Azərbaycan da azadlıqda olacaq [Fotoqalereya]

    İntiqam Əliyev: Çox yaxın vaxtlarda Azərbaycan da ...

    29-03-2016, 14:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu