GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Lesbiyan məktəblidən şok müsahibə: "Ətrafım homoseksual qadınlarla doludur"

Lesbiyan məktəblidən şok müsahibə: "Ətrafım homoseksual qadınlarla doludur"

Tarix: 25-01-2014, 14:21 Bölmə :Ölkə Baxış: 1 750
Lesbiyan məktəblidən şok müsahibə: "Ətrafım homoseksual qadınlarla doludur"

İki gün müsahibə almaq üçün öz həmcinslərinə qarşı sevgi hiss edən bir şəxs axtarırdım. Kimdən müsahibə üçün xahiş etsəm də, razılıq verən olmurdu. Sonunda tapdım. Müsahibim rahatlıqla “mən sizə müsahibə verə bilərəm, həm də adımın da anonim qalmasına ehtiyac yoxdur. Belə olduğuma görə çəkinmirəm” dedi.

- Sizinlə danışanda demişdiniz ki, adımın anonim qalmasını istəmirəm. Onda mümkünsə oxucularımıza özünüzü təqdim edin.

- Emiliya Vəlixanova. Orta məktəbdə oxuyuram. Bu il məzun olacam. İdmanla məşğul oluram. Rəngarəng həyatın sakiniyəm.

- Rəngarəng həyat. Maraqlıdır. Həyatınızı nə rəngləndirir?

- Əvvəllər sadə bir həyatım var idi. Yəni ancaq dərslərim, məşqlərim. Məni ancaq bunlar maraqlandırırdı. Amma birdən-birə homoseksual oldum və get-gedə ətrafım genişləndi. Başqa homoseksuallarla dostluq etməyə başladım və o zaman başa düşdüm ki, həyat necə də rəngli və gözəldi. Yanlız onlarla. Sözüm ondadır ki, onların yanında xoşbəxt olduğumu görürəm.

- Homoseksual xanım olaraq, cəmiyyət içərisində özünüzü necə hiss edirsiniz?

- Bu həyat mənim rənglərimi daşıyacaq qədər güclü deyil. Yəni cəmiyyətimiz bizi qəbul etmir. Azərbaycanda cinsi azadlıq yoxdur. Çox çətindir bizim üçün. Amma əsas ətrafımdı, onlar məni sevib qəbul edirlərsə, bir problem yoxdur mənim üçün.

- Münasibətdə olduğunuz qızların sayı çoxdu?

- Əvvəllər çox idi. Yəni hardasa 4-5 nəfər. İndi sadəcə bir insana üstünlük verirəm.

- Yəni həyatında daim görüşüb münasibətdə olduğun şəxs var?

- Bəli, var.

- Ailən sənin homoseksual olduğunu bilir?

- Bəli, bilirlər.

- Reaksiyaları necədi sənə qarşı?

- Ailəm mənim xəstə olduğumu düşünür və müalicə almağımı istəyirlər. Psixoloqlar onlara nə qədər başa salmağa çalışsalar da, bu onların beyninə yerimir ki, mən xəstə deyiləm. Hələ də mənə xəstə kimi baxırlar.

- Səni müalicə üçün xəstəxanaya yatmağa məcbur ediblər?

- Bəli. Bir həftə xəstəxanada saxlayıblar məni. Və əlbətdəki bir təsiri olmayıb.

- Bəs özün bu haqda nə düşünürsən, bu, xəstəlikdir, yoxsa?

- Xeyr. Əlbətdə bu, xəstəlik deyil. Normal bir şeydir. Bir tək mən belə olsam, hardasa xəstə olduğumu düşünərəm. Ancaq ölkəmizdə eyni cinsə meylli olan minlərcə insan var. Və biz ətrafdakıların fikrinə əhəmiyyət vermirik.

- Necə oldu ki, homoseksual oldun. Yəni buna səni nə vadar etdi?

- Heç bir şey məni məcbur etmədi. Kiçik yaşlarımda ancaq həmcinslərimlə maraqlanırdım. Həvəs göstərdim. Əks cinslərə qarşı heç bir həvəsim olmurdu və sonra gördüm ki, mən homoseksualam.

- Sən əminliklə deyirsən ki, yaraşıqlı bir kişi görəndə ona qarşı heç nə hiss etmirsən?

- Yox heç bir şey hiss etmirəm.

- Bəs əlaqədə olduğun qadınları hardan tapırsan? Onlarda sənin kimi eyni cinsə meylli olmalıdı?

- Düzü, axtarmıram. Çünki ətrafım elə homoseksual qadınlarla doludur. Əlbətdə əlaqədə olduğum qadın eyni cinsə meyilli olmalıdır. Bu, vacibdir. Çünki normal qadın qadına qarşı heç bir şey hiss edə bilməz.

- Homosekasual olmaqdansa, kişi olmağı düşünmüsən?

- Bu sualı çox verirlər mənə. Yox, heç vaxt düşünməmişəm. Oğlan da olsaydım, yenə homoseksual olardım.

- Bir müddətdən sonra artıq ailə qurmaq vaxtı gəlib çatacaq. Ailən səni zorla ərə getməyə məcbur etsə, onda nə edəcəksən?

- Məni heç kim zorla buna məcbur edə bilməz. Əgər məcbur etsələr, onda mənim üçün iki yol qalacaq: ya öz həyatımı istədiyim kimi davam etdirmək, ya da bu həyata son qoymaq.

- Bəs sən özün ailə qurmaq, övlad sahibi olmaq istəmirsən?

- Bilirəm, imkansızdır. Amma bir qızla bunu düşünərdim. Yəni həmcinsimlə bir həyatı bölüşə bilərəm. Oğlanla isə yox.

- Müəyyən bir yaşdan sonra ətrafında nə övlad, nə də ömür gün yoldaşı olacaq. Özünü tək hiss edəcəksən. O zaman bu gün seçdiyin həyata görə peşman olacaqsanmı?

- İnanıram ki, illər keçsə də mən tək qalmayacam. Yanımda istədiyim qadın olacaq. Bu başqalarına gülməli gələ bilər, amma mənim üçün adi bir şeydir.

- Sonda homoseksaullar haqqında düzgün fikirdə olmayan insanlara nə demək istəyərdin?

- Sevginin cinsi olmur. Sevgi sevgidir. Biz də bu yolda üzümüzü gizlətməyə ehtiyac duymuruq. Homoseksuallıqla qürur duyuruq. Tanrı hər kəsi yaratdığı kimi sevir. Biz bu həyatımızda çox xoşbəxtik. Ən azından özümüz kimi insanlar tərəfindən sevilirik. İnsanların həyatına müdaxilə etməyə ehtiyac yoxdur. Bizə də müdaxilə edən insanların fikri maraqlı deyil. Heç vaxt da maraqlı olmayacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Alim Qasımov: "Bu sevgidən ilham alıram" - MÜSAHİBƏ

    Alim Qasımov: "Bu sevgidən ilham ...

    18-01-2015, 20:56

  • 
  • Safura:"Hamısı nazir ya hansısa şirkət rəhbərinin oğludur" EKSKLÜZİV MÜSAHİBƏ + FOTOLAR

    Safura:"Hamısı nazir ya hansısa şirkət ...

    30-10-2015, 15:46

  • 
  • Ölkəsinin homoseksual evliliyə icazə verməməsini Eurovisionda belə etiraz edəcək

    Ölkəsinin homoseksual evliliyə icazə verməməsini ...

    8-05-2013, 17:16

  • 
  • Vidadi İsgəndərlinin qəzetimizə verdiyi müsahibə səs-küy doğurdu

    Vidadi İsgəndərlinin qəzetimizə verdiyi müsahibə ...

    20-12-2013, 19:24

  • 
  • "Homoseksual olduğumu gizlətmirdim"

    "Homoseksual olduğumu gizlətmirdim" ...

    7-07-2016, 19:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (351)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu