Azərbaycanlı idmançı Samirə Mustafayeva həyat yoldaşı, rusiyalı biznesmen Nikolay Kondratyukla birlikdə yeni çapa hazırlanan məşhur jurnalın açıq fotosessiyasında iştirak edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Mustafayeva özünün Instagram sosial şəbəkəsində məlumat verib. O, səhifəsinə həmin fotosessiyaya aid bir neçə fotoşəkil də yerləşdirib. Layihə tezliklə işıq üzü görəcək məşhur qlamur jurnal üçün çəkilib. Onlar jurnala müsahibə veriblər, öz məhəbbət tarixçələrini danışıblar və öz sevgilərini nümayiş etdirən açıq-saçıq fotosessiya ediblər. Azərbaycanlı Samirə Mustafayeva komanda yarışlarında dəfələrlə dünya çempionatının mükafatçısı, Sankt-Peterburq çempionu, Rusiyanın idman ustası, FİG versiyası üzrə dünya səviyyəli gimnastdır. Əvvəllər Azərbaycan yığmasının, daha sonra isə Rusiya yığmasının üzvü olub. Öz karyerasını 2013-cü ildə başa vurub və hazırda Moskvada yaşayır. Mustafayeva gələcək həyat yoldaşı ilə bir neçə il əvvəl sosial şəbəkədə tanış olub. Cütlüyün toyu payızda Fransada baş tutub.
Sorğu
Yeni dizaynımız necədir?