Rusiyanın Kalininqrad şəhərində davam edən boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatında daha bir Azərbaycan idmançısı 1/4 finala yüksəlib. Elvin İsayevin (60 kq) ardından Heybətulla Hacəliyev də mərhələ adlayıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Almaniyanı təmsil edən erməni əsilli Artyom Arutunyandan üstün olub – 17:11. O, 1/4 finalda Belarus təmsilçisi Aleksek Qaletiçlə üz-üzə gələcək.
Xatırladaq ki, İsayev 1/8 finalda Ermənistan yığmasının üzvü Ohanes Baçkova qalib gəlmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?