"Qarmaqarışığı sənətə gətirənlər şikayət edir. Sənəti bu günə siz salmısınızKimə və nədən şikayət edirsiz? Pul və ad dalınca qaçdınız. Nə sabahı, nə övladlarınızı düşündünüz?".
Bu sözləri xalq artisti Flora Kərimova "Şou məkan" verilişinə açıqlamasında deyib. Müğənni son günlər oxunan bayağı mahnılardan danışıb:
"O vaxtlar təzə-təzə ayaq açırdılar. Amma bəstəkarlar, musiqinin keşiyində olan insanlar, müğənnilər qoymazdı bu bəla sənətə yaxın dursun. Qələt edirlər, sonra altın çəkib, nüfuzlarını itirirlər. Anlamırlar, deyə bilərdim, amma yox, qanmırlar. Qananda isə altını çəkirlər. Ağıllarını xərcləyirlər.
İnsanların nə gözünü yummaq, nə də ağlını silmək olur. Sənə çirkab yaxılanda, alnı açıq, sözü bütöv çirkaba şapalaq vurmalısan"./axsam.az
Sorğu
Yeni dizaynımız necədir?