GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Türkan Vəlizadə: "Dəmir parçasına görə “Maşın”ın iştirakçıları mənliklərini satdılar"

Türkan Vəlizadə: "Dəmir parçasına görə “Maşın”ın iştirakçıları mənliklərini satdılar"

Tarix: 19-10-2019, 13:51 Bölmə :Maqazin Baxış: 757
Türkan Vəlizadə: "Dəmir parçasına görə “Maşın”ın iştirakçıları mənliklərini satdılar"


Kim deyirdi ki, bura bir oyundur, sadəcə, oyun oynayırıq, bu, əsla belə deyil. Kim çöldə necə idisə, "Maşın"da da özünü elə apardı. Heç bir dəyişiklik yox idi. Mən çox sevindim ki, şounu Suna Kasımoğlu uddu. Ona uğurlar arzu edirəm. Xeyirliyə sürsün avtomobili. Suna kişi kimi oyun apardı, hər kəsə normal fikrini çatdırırdı, kənarda necə idisə, elə burada da özü kimi idi. Onda nə dəyişiklik gördüm, nə də hiss etdim. Burada elə iştirakçılar oldu ki, üzlərinə "maska" taxıb, onunla da gəzirdilər.

Bu sözləri müğənni Türkan Vəlizadə oxu.az-a müsahibəsində dilə gətirib.

O, "Maşın" şouda avtomobilə görə iştirakçıların oyunlarından danışıb:

"Bıçağı kürəyə vurmaq olmaz. Kürəyə vuran insanların da adını xalq çox yaxşı bilir. Ya oynayırsınızsa, kişi qızı, kişi oğlu kimi oynayın, ya da, ümumiyyətlə, oynamayın. Mən "dəmir parçasını" qazanmaq üçün gecə-gündüz işləyərəm, nəinki mənliyimi, şəxsiyyətimi ortaya qoyaram. Avtomobili burada qoyub getdim, amma mənliyim, şəxsiyyətim özümdə qaldı. Tərbiyəm necə idisə, o tərbiyəmi də şouda nümayiş etdirdim.

Oyunda şərəfini, mənliyini satan iştirakçılar çox oldu. İnanın, kənardan onlara baxmaq çox ağır idi. Çox pis görünürdülər. Mən oyundan çıxandan sonra gördüm ki, çox biabırçılıqlar baş verirdi. Dünya malına görə qırğına qalxmışdılar.

Bir şeyi yadda saxlasınlar ki, öləndə kəfənə bürünüb gedəcəyik, heç bir dünya malını özümüzlə aparmayacağıq. Ona görə mənliyi, şəxsiyyəti, vicdanı itirib, alçatmaq lazım deyil. Oyundan namərd kimi getmədim. Dostlarıma dost oldum, dost olmayanlar ilə də dostluq etdim" .

Oyunda aparıcı Lalə Mustafayeva ilə aralarında qalmaqal yaşanan Türkan onu yalanlarda və saxtakar oyun aparmaqda ittiham edib:

"Dost-dost, canım-ürəyim deyərək, kürəyimdən vurdu. Lalə mənim heç yadıma belə düşmürdü, onu "Maşın"da gördüm, yadıma düşdü. Oyunda ona söz vermişdim ki, "Maşın"dan çıxarmayacağam. Şouda ağlayanda gözünün yaşını silirdim. Bəli, mən həmin qızam.

"Pişik balasını çox istədiyindən yeyir" məsəli lap yerinə düşdü. Çünki Lalə elə zənn edirdi ki, bu şou ömrümüzün sonuna kimi davam edəcək, amma o çölü fikirləşmədi. Çölə çıxanda o qədər sevən fanat ordum var ki, elə bax, onlara görə hörmətsizliyə yol vermədim. Onları düşündüm. Addım atanda da belə diqqət yetirirdim hər şeyə. Amma Lalə düzgün hərəkət etmədi və arxasına dönüb baxmadı ki, sənə səs göndərən insanları aldatmaq olmaz".

Lalədən incimədiyini söyləyən sənətçi Mustafayeva ilə bağlı fikirlərində "Lalə mənim kimi bir insanı itirdi" deyib, şoudan kənarda onunla salamlaşmayacağını dilə gətirib,

"İncimədim. Çünki Lalə mənim nə əzizimdir, nə də dostum. İnsana can-can, qurban olum deyərək kürəkdən bıçaq zərbəsi endirmək... Həyatdır, hər şey ola bilər. Bəlkə də, barışarıq, oyuna görə Lalədən küsmədim.

Oyuna görə onunla düşmən olmadım. Lalə özünü çox pis vəziyyətə qoydu. Elə insan heç vaxt mənim tipim ola bilməz. Elə bax, bütün bunlara görə o insana mən salam vermək istəmirəm.

Bəlkə, Lalənin imkanı olmazdı avtomobil almağa, mən yardım əlimi uzadıb, ona maşın almağa kömək edərdim. Amma bildiyimə görə, Lalənin çox gözəl və komfortlu "Jeep" markalı avtomobili var. Allah özünə qismət etsin.

Xalqın, millətin qarşısında ağlayaraq, özünü o vəziyyətə qoymaq gərək deyildi. Maşını olmayan mənəm, bunu da qürurla dilimə alıram. Allah qismət edər, bu gündən sonra toylarım, məclislərim yaxşı olar, xalqımızın çörəyi ilə özümə bir maşın alaram".

Qeyd edək ki, şouda Lalə Mustafayeva səs toplayaraq, Türkan Vəlizadəni oyundan kənarlaşdırıb. Diqqət çəkən məqam isə tərəflərin şou ərzində dostluq münasibətində olması olub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkan Vəlizadə gileyləndi: “Damlanın adı intim video ilə bağlı hallananda...”

    Türkan Vəlizadə gileyləndi: “Damlanın adı intim ...

    28-03-2019, 22:12

  • 
  • "Maşın" realiti şounu yarımçıq tərk edən aparıcı Vüsalə də maşın sahibi oldu - Özü də görün necə - FOTO

    "Maşın" realiti şounu yarımçıq tərk ...

    7-11-2017, 22:30

  • 
  • “Rozaya “mama”, mənə “papa” deyirdi” – “Maşın”da gözlənilməz ayrılıq

    “Rozaya “mama”, mənə “papa” deyirdi” – “Maşın”da ...

    11-06-2018, 14:03

  • 
  • Günel Ələkbərova Vüsalə Kərimova haqda: "Oğlu yaşında oğlanla görüşür"

    Günel Ələkbərova Vüsalə Kərimova haqda: ...

    13-10-2017, 23:28

  • 
  • "Murad nə istəyir, o da olur"

    "Murad nə istəyir, o da olur" ...

    31-05-2017, 19:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (504)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu