Şou-biznes deyəndə ağıla ilk gələn məşhurlar arasında yaşanan qalmaqallardır. 2019-cu il də qalmaqalsız ötüşmədi. Ard-arda istər müğənnilər, istərsə də aktyor və aparıcılar bir-biriləri haqqında ittihamlar səsləndirib.
İl yenicə qədəm qoymuşdu ki, aparıcı İlkin Həsəni ilə rejissor Kənan M. M qırğına çıxdı. Sosial şəbəkədə Xətai Əli adlı şəxs tərəfindən yazılan "Şükür Allaha, Kənan M.M. bu il də uğurların Türkiyədə davam etdirəcək. Bizi burada heç bir təhlükə gözləmir" statusdan sonra ilin ilk qalmaqalı yaşandı. Kənanın ona "Sizi Fəlakətlər, bozbaşlar gözləyir, hələ görəcəkli günləriniz qabaqdadır" cavabını verməsi İlkin Həsənini özündən çıxardı. Beləliklə, ikili “Facebook” üzərindən bir-birini təhqir etməyə davam etdi.
Növbəti səs-küylü qalmaqal xalq artisti Nazpəri Dostəliyeva ilə əməkdar artist Elza Seyidcahan arasında yaşandı. “Azərbaycanın səsi” proqramında layihənin münsifi olan hər iki müğənni arasında gərginlik pik həddə çatdı. Elzanın digər münsifi Nazpəri Dostəliyevaya dərs dediyini və ondan bir qəpik də pul almadığını söyləməsi qarşı tərəfi özündən çıxardı. Nazpəri Elzanın ittihamlarına öncə gülsə də, həmkarını “bazar adamı” adlandıraraq efiri tərk etdi.
Aktyor Fərda Amin ilə eks-həyat yoldaşı arasında da yaşanana qalamqal günlərlə müzakirə olundu. Fərdanın boşanıb, sevgilisi, üçüncü uşağının anası ilə evlənməsi xeyli müzakirə olundu. Eks-həyat yoldaşı Fərdanın ikinci həyat yoldaşı haqqında ittihamlar səsləndirsə də, aktyor şəxsi həyatının müzakirəsinə etiraz edərək məsələni uzatmadı.
İlin ən səs-küylü maqazin hadisəsi isə Mətanət Əsədovanın spirtli içki masasında içki içərkən çəkilən videosunun yayılması olub. İfaçı daha sonra içdiyinin spirtli içki deyil, limonlu su olduğunu desə də, ilk zərbə yaxın dostu Sərxan Sərxandan gəldi. O aparıcısı olduğu verilişdə Mətanəti təhqir etdi.
İlin ən qalmaqallı ifaçısı müğənni Afət Fərmanqızı olub. O, Flora Kərimova, Brilyant Dadaşova, Roza Zərgərli, Nüşabə Ələsgərli, Sevda Sanaliyeva, Nadir Qafarzadə ilə mübahisə edib. Afət ilə Flora Kərimova arasında yaşanan qalmaqal davam edir.
Mərhum repçi Hüseyn Dəryanın qızı Aişənin "Bizimləsən" verilişinə üz tutaraq atasının ikinci evliliyindən olan oğlu Cahangirdən DNT analizi istəməsi uzun müddət gündəmdən düşmədi.
Sosial şəbəkədə yayılan intim videodakı qadının Damlanın olduğu iddia edilməsi müğənninin uzun müddət müzakirə mövzusu etdi. Sənət dostları ona dəstək oldu. Müğənni isə şərləndiyini bildirərək, yeni klipləri ilə məsələni unutdurmağa çalışdı.
13 illik ailəsini müğənni Aysel Əlizadənin dağıtdığını deyən Turanənin iddiası ifaçını gündəmdən düşməyə qoymadı. Aysel isə ailə dağıdan qadın olmadığını bildirərək, uzun müddət diqqətlərdən kənar qalmağı seçdi.
“Space” telekanalının efirində əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundovun mahnı oxuyarkən qeyri-etik ifadələr işlətməsi onların cəzalanması ilə nəticələndi. Əməkdar artist Rəşad İlyasovun növbəti qalmaqalı isə müğənni Nura Suri ilə yaşandı. Suri bildirdi ki, məclislərin birində mahnı ifa edən zaman ifaçının köməkçisi onun mikrofonunu bağlayıb.
Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağaların qızı Pərvanə Dostəliyevanın atasının ona təcavüz etdiyini deməsi Dostəliyevlər ailəsini uzun müddət gündəmdə saxlayıb. O bibisinin ona sənətdə yaratdığı maneələrdən də bəhs edib. Tərəflər arasında qalmaqal hələ də davam edir.
Prodüser Anar Mədətovun həyat yoldaşı Elnarədən boşanmadan özünə xına mərasimi keçirməsi uzun müddət müzakirə edildi. Onun bu addımına görə övladları məşhur futbolçu Mahir Mədətov və qızı soyadlarını dəyişərək “Emrəli” edib. Mədətovun hazırda boşanıb-boşanmadığı bəlli deyil.
3 qızın çılpaq videosunun yayılması da şou aləmindən yan keçmədi. Videonu çəkən şəxsə həmin qızları Mələkxanım Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun qardaşı Valehin göndərdiyi məlum oldu. Sözügedən hadisə məşhur ailənin üzvlərini gündəmdə saxladı.
Prodüser Təranə Səmədova ilə müğənni Rəqsanə İsmayılova arasında yaşanan qalmaqal bu il də davam etdi. T.Səmədova “ATV Maqazin 10-larla” verilişində Rəqsanəni zövqsüz adlandırması sönən atəşi yenidən alovlandırdı.
R.İsmayılova isə qarşı tərəfin ünvanına sərt ittihamlar səsləndirib: “Rayon qızı idim. Rayondan çıxıb gəldim Bakıya. Qoy, mən “madalyer” deyim, bunu ayıb bilmirəm. Sən mənim yanıma gələndə nə gündə geyinirdin? Mənə disk daşıyırdın”.
Müğənni Roza Zərgərli ilə Elza Seyidcahan arasındakı soyuq müharibə bitmək bilməyib. Müğənninin E.Seyidcahanla qalmaqalı “ATV maqazin onlarla” verilişində başlayıb. Elza “Heç kimə arzulamıram ki, İlhamə Quliyevanın “taxt”ında otursun. O, yaxşı “taxt” deyil. O “taxta” getsən, məhv olarsan, Roza, otur öz yerində” sözləri Rozanı əsəbləşdirib.
Daha sonra Roza Elzanı tanıdağını deyərək qalmaqalı alovlandırıb. 2019-cu ildə yadda qalan hadisələrdən biri də müğənni Fədayə Laçın ilə prodüser Təranə Səmədovanın həbsxanadan çıxması olub.
Müğənni Kərim Abbasov aparıcı Elçin Əlibəyli arasında yaşanan qalmaqal da bu il bitmək bilmədi. Müğənni Kərim Abbasov aparıcı Elçin Əlibəyli ilə bağlı şok iddia irəli sürdü.
Sənətçi bildirib ki, Əlibəyli ona yaxın olmaq üçün dəfələrlə təklif ünvanlayıb: "Camaat, eşidin və bilin: Elçin 12-13 il əvvəl məni özünə yaxın tutmaq üçün əlaqə yaratdı. Qorxumdan onunla tək qala bilmirdim. Qurşaqdan aşağı əl atmalarından bezmişdim. Hər dəfə məni divara dirəyib, nələrsə tələb edirdi. Ondan qaçdım və əlaqəni kəsdim”.
Teleaparıcı Elçin Əlibəyli isə Kərimin səsləndirdiyi iddiaları əsassız adlandırıb. Müğənni Kərimin növbəti qalmaqalı keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova ilə yaşanıb. O, Təranənin saxta sənəd hazırlamaqda ittiham edib.
Kərimin ittihamları cavabsız qalmayıb. Təranə ona sosial şəbəkə vasitəsilə cavab verib: "O qədər uzun-uzadı söhbətlər açıqlaya bilərəm ki... Məni niyə bu həddə çatdırırsan? Bir-bir adlar işarələyim bura? Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi (Türkiyəyə köçən aktrisa Könül Əziz - red.) çıxardardım".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?