Azərbaycanın Xalq artisti Emin Ağalarov ikinci həyat yoldaşı, rusiyalı model Alyona Qavrilova ilə boşanmasının səbəbini açıqlayıb.
Rusiya mediasının yaydığı xəbərə görə, müğənni boşanma səbəbini şərh edərkən, bunun münasibətlərdəki mübahisə və çətinliklərlə deyil, əvvəlki hisslərin olmaması ilə bağlı olduğunu deyib.
“Ümumiyyətlə, bunu izah etmək mümkün deyil. Sən hər şeyi rəfə düzməyə başlayanda ki, niyə sevirəm, nə istəyirəm, hər şey qurtarır”, – deyə Ağalarov qeyd edib.
Qavrilova isə hələlik ifaçı ilə boşanmasının səbəbini şərh etməyib.
Xatırladaq ki, müğənni mayın 13-də “Instagram” sosial şəbəkəsindəki səhifəsində həyat yoldaşı ilə ayrıldığına dair status yazıb.
Qeyd edək ki, Ağalarov və Qavrilovanın toyu 2018-ci ildə keçirilib. Nikah mərasimini Andrey Malaxov aparıb, qonaqlar arasında isə hətta Hollivud ulduzu Stiven Siqal da olub. Emin və Alyona cütlüyünün Afina adlı 1 yaşlı qızları var.
Emin Ağalarov əvvəllər Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə evli olub. Onların birgə nikahdan Əli və Mikayıl adlı əkiz oğlanları var.
Alyona Qavrilova isə Emindən əvvəl rusiyalı iş adamı, “Russkiy standart” holdinqinin sahibi Rüstəm Tariko ilə vətəndaş nikahında yaşayıb. Onların birgə nikahdan bir oğlu var.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?