"Düşünürsən ki, sabah bu gündən yaxşı olar. Amma sabah bu gündən də pis gəlir. 3 ay evdə oturub sabah işlərin yoluna düşəcəyini ümidlə gözləyən mən və mənim kimi 100 minlərlə insanların ümidi sönür".
GundemXeber.Az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov sosial şəbəkədə yazıb. Sənətçi pandemiya dövründə işsiz qalmasından gileylənib:
"Türkiyədə bitdi və ikinci dalğa gözlənilmir deyə bəyanat verdilər. Bizdə mümkün deyil. Niyə xərçəng və hepatit kimi xəstəliklərə bu qədər diqqət ayırmırıq? Bunlara necə pul verib müalicə oluruqsa, Covid19-dan da müalicə olacağıq. Ya da sağalmayıb öləcəyik... Buna görə iqtisadiyyatı məhv etməliyik? Bütün dünyada karantin bitdi, Azərbaycanda hələ davam edəcək. Karantinə hamıdan tez başlayan da biz olduq, gec çıxan da biz olacağıq. Elə bil ki, koronavirus Çinin Vuhan şəhərində yox, Azərbaycanda yaranıb. İranda gündə 500, İtaliyada 650 nəfər ölür. Amma artıq ölümdən danışmırlar. Orada media da artıq ölümdən yazmır. Bəlkə peyvəndi tapılıb? İnşallah, bizə də gəlib çıxar".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?