Əməkdar artist Mehriban Xanlarovanın meyxanaçı Namiq Qaraçuxurlunu hədələməsi gündəmi zəbt edib.
Bu gün ATV kanalında yayımlanan "Ümid var" proqramında qonaq olan aktrisa aparıcı Zaur Baxşəliyev tərəfindən gözlənilməz addımla qarşılaşıb. Proqramın yaradıcı heyəti N. Qaraçuxurlu ilə telefon əlaqəsi yaradaraq baş verən insidentə münasibət öyrəniblər. Meyxanaçı aktrisa tərəfindən hədələndiyini təsdiqləyib.
Amma döyülməsi barədə yayılan xəbəri inkar edib. Efirdə gedən telefon söhbətindən sonra Mehriban Xanlarova pis vəziyyətə düşərək Baxşəliyevə irad bildirib. Mövzunun efirə çıxarılmasından narazı qalan aktrisa studiyanı tərk edib. Getməzdən əvvəl isə Zaura tamaşaçıların şahidliyi ilə Qaraçuxurlu üçün "onu ondan da pis günə qoyduracam. Bunun cinayət olduğunu bilirəm, cəzamı da çəkməyə hazıram"-deyə Namiqi bir daha hədələyib. Baş verən insidenti təfərrüatı ilə təqdim etdiyimiz videoda izləyə bilərsiz.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?