Balidə "Dünya gözəli" müsabiqəsinin final mərhələsi keçirilib
Moda və dizayn Dünyanın ən gözəl qızı müəyyən edildi. ANS PRESS-in "France Press"ə isrinadla verdiyi məlumata görə, bu gün Balidə "Dünya gözəli" (Miss world) yarışmasının final mərhələsi keçirilib. Müsabiqənin qalibi 23 yaşlı Fillipin təmsilçisi Meqan Yanq seçilib.
Ondan başqa finala vəsiqə qazananlar arasında Fransa,Qana,Braziliya və İspaniya təmsilçiləridə çıxıb.
Planetin 10 ən gözəl qızı siyahısında Yamayka,İndoneziya,İngiltərə,Nepal,Avstraliya nümayəndələri də var. Müsabiqədə ümumilikdə isə 137 qız iştirak edib.
Ənənəyə uyğun olaraq yeni dünya gözəlinə tacını ötən ilin qalibi çinli Yuy Vensya təqdim edib.
Qeyd edək ki, bu il ilk dəfə olaraq, namizədlər ənənələri pozaraq səhnəyə çimərlik paltarında çıxmmayıblar. Bu barədə qərar müsəlmanların reaksiyasından ehtiyat edilərək verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?