GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Narkotikdən istifadə edən Azərbaycan müğənniləri

Narkotikdən istifadə edən Azərbaycan müğənniləri

Tarix: 4-10-2013, 13:22 Bölmə :Maqazin Baxış: 962
Narkotikdən istifadə edən Azərbaycan müğənniləri
Son vaxtlar dünyaca məşhur ulduzların adının narkotik istifadəçisi kimi hallanması dünya mətbuatının gündəmini də zəbt edib.

Çoxlarının idealına çevrilən ulduzlar spirtli içkilərə aludəçilik göstərməklə yanaşı, narkotik vasitələrdən istifadə etməklə özlərini pərəstişkarlarının, cəmiyyətin gözündən salmaqda davam edirlər. “Narkotik istifadəsinə yox!” deyə gənclərə çağırış etməli olan məşhurlar özləri daha çox həmin bataqlığa düşürlər. Bu mənzərə həmin məşhurların həm özləri, həm də onları sevənlər üçün ürəkağrıdıcı səhnəyə çevrilir.

Ötən ay bir sıra ölkələrdə məşhur simaların narkotik istifadəçisi olmaları ilə bağlı yayılan xəbərlər hamının maraq dairəsinə çevrildi. Eyni hadisə Türkiyədə yenə də baş verir. Belə ki, qonşu ölkənin ən məşhur simalarından olan Çağatay Ulusoy və tanınmış sima hesab olunan Gizem Karaca, müğənni Selin Boronkay, Cenk Erenin narkotik istifadəçisi olduqları və bununla kifayətlənməyib, həm də narkotik satmaqda günahlandırıldıqları xəbəri yayıldı. Hər iki aktyora həbs cəzası kəsiləcəyi də söylənilir.



Olayı şərh edən türk polislərinin dediklərinə görə, tanınmış ifaçı Cenk Eren gecələr narkotiki evlərə çatdırmaqla məşğul imiş. Ayşe Selin Boronkay mətbuatda çalışan Cengiz Esmerdən narkotiki təslim alırmış. Esmerin hesabına yatırılan narkotik pulu çeklə ödənilirmiş. Çağatay Ulusoy isə narkotik istifadə etmək üçün Gizem Karacayı evinə çağırtdıraraq, narkotiki gənc aktrisaya aldırırmış. Polislərin sözlərinə görə, narkotiki Gizem Karacaya aldıran Cağtay Ulusoyun narkotiki “Adını Feriha koydum, Emirin yolu” serialında dublyajçısı Yusif Həsənin evində istifadə etdikləri bəlli olub. Onları hansı cəzanın gözləməsi isə məhkəmədən sonra aydınlaşacaq.

Bundan öncə Türkiyənin usta sənətkarı İbrahim Tatlısəs də narkotik istifadə etməklə kifayətlənməyib, hətta narkotik istifadəçilərinə mərasim təşkil etdiyi üçün bir neçə müddət polis nəzarəti altında saxlanılmışdı. Sonradan təkcə Türkiyənin musiqi kralı İbrahim deyil, hətta ötən il megastar Tarkan da narkotik istifadəçisi olduğunu etiraf etmiş, ancaq buna peşman olduğunu da söyləmişdi: “Mən dərsimi aldım. Bunun üçün türk xalqından üzr istəyirəm. Sizə söz verirəm ki, belə hadisə bir daha təkrarlanmayacaq”. Narkotik istifadəçiləri sırasında, həmçinin Türkiyənin məşhur simaları Ceylan, Yıldız Tilbe, Kenan İmirzalıoğlu, Caner Kurtaran, Deniz Seki və başqalarının adı da hallanır.

Qeyd edək ki, bu cür hadisələr tək Türkiyə şou-biznesində deyil, dünyanın əksər ölkələrində baş verir. Belə ki, bütün dünyada milyonların sevimlisi olan müğənni Amy Winehouse, Oliver Stone, Anna Nicole Smith, Şakira, “Hilton” oteller şəbəkəsinin varisi Paris Hilton, bir çox filmlərdən tanıdığımız aktyor Hit Lecer, amerikalı solo ifaçı və bəstəkar Cenis Coplin, aktrisa Lindsi Lohan, məşhur ifaçı Britni Spirs tez-tez narkotikdən istifadə etməklə gündəmə gəlirlər. Hətta dünya şöhrətli Uitni Hyustonun ölümünə səbəbin kokain olduğu aşkarlandı. Belə ki, müğənni bu ilin fevralında Los-Anceləsdə yerləşən “Beverli Hilton” otelinin lüks nömrəsində yüksək dozada narkotikdən həyatını itirmişdi. Hətta Maykl Cekson vaxtilə narkotiki “süd” adlandıraraq, gündəlik istifadə etdiyini mətbuata bildirmişdi. Bu siyahını daha da uzatmaq mümkündür.



Azərbaycana gəlincə, şou-biznesdə olanlar arasında narkotik istifadəçiləri az deyil. Bu gün el arasında məşhur gitara ustası Rəmiş, reper Hüseyn Dərya, “repin atası” hesab olunan Anar Nağılbaz, reper Elşad Xose, mərhum müğənni Elçin Cəlilov və başqalarının adları bu konteksdə hallanır. Onlardan əməkdar artist Rəmiş uzun müddət narkotik istifadəçisi olub. Müsahibələrindən birində “Uşaqlıqdan narkotik istifadə edirəm. “Kubinka”da, “Dağlı məhəlləsi”ndə olduğum üçün istifadə etməyə məcbur olurdum. Narkotik səhhətimə çox pis təsir edib, bu, həqiqətdir. Kim mənim qədər narkotik istifadə etsəydi, çoxdan yox idi”.



Repçi Hüseyn Dərya da narkotik istifadə edən məşhurların sırasında olub. Buna görə də sənətçinin ailəsi dağılıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı repçinin üzərindən heroin aşkar edilib və o, həbs olunub. Bir müddət sonra sərbəst buraxılıb.

Digər rep ifaçıları Anar Nağılbaz və Elşad Xosenin narkotikdən istifadə etmələrinə dair mətbuatda yazılar yer alır, eləcə də müğənni Elçin Cəlilovun ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilir. Skipkaçı Natiq Nuriyevin də cavanlıqda narkotikdən asılılığının olduğu bildirilir. Ümumiyyətlə, əksər meyxanaçıların adının narkotik istifadəçisi kimi hallanması vəziyyətin nə qədər ürəkağrıdıcı olmasından xəbər verir.



Məşhurların narkotikə meyilli olduqlarının səbəblərini araşdıran türk psixoloqu Tülay Kök bunu onlara “hər şeyin azlıq etməsi ilə” izah edir: “Məşhurların sahib olduqları hər şey onlara dar gəlir. Həmin insanlar maddi cəhətdən hər şeyə malik olsalar da, ruhsal olaraq son dərəcə cılızdırlar. Məşhurlar mənəvi həzzlər yaşamaq istəsələr də, bunu necə edəcəklərini bilmirlər. Çünki təməldən gələn və tapına biləcəkləri bir inanc sistemləri yoxdur”.



Psixoloq Tülay Kök məşhurların maddi dünyadakı hədəflərinə çatdıqdan sonra həyatlarında nəyinsə çatışmadığını gördüklərini qeyd edib: “Hər kəs istəyir ki, məşhur olsun, ancaq bundan sonrasını düşünmür. Yəni ifaçı bu həzzi alır, hər kəsin sevimlisinə çevrilir, sonra isə həmin həzzlər özünü təkrar etməyə başlayır. Özünü təkrarlayan bir insan bir müddət sonra darıxır və özündənrazılıq duyğusunu aşa bilmir. Maddi dünyadakı irəliləmə bir yerdə dayanır və bu nöqtədən sonra insan mənəvi həyatda inkişaf görmür. Onlar həyatını gələcəyə apara bilmir, o zaman da əlindəkiləri baltalamağa başlayırlar. Mənəvi duyğulardan və sağlam inanc sistemindən məhrum olan insanlar narkotiki son vasitə olaraq görürlər. Narkotik və spirtli içkilər bu insanların həyatına “daha artığını almaq” ümidi ilə daxil olur. Onların aludəsi olan şəxslər də həyatını genişləndirməyə çalışarkən fərqinə belə varmadan həyatını məhv etmiş olurlar”(kaspi.az).
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranda şəhərli qadınların 10 faizi narkomandır

    İranda şəhərli qadınların 10 faizi narkomandır ...

    25-01-2014, 16:36

  • 
  • Azərbaycanda narkomanların sayı artır

    Azərbaycanda narkomanların sayı artır ...

    18-02-2016, 20:34

  • 
  • Tonlarla narkotik tapıldı

    Tonlarla narkotik tapıldı ...

    19-11-2013, 05:19

  • 
  • Taksidən 2 kq narkotik çıxdı

    Taksidən 2 kq narkotik çıxdı ...

    12-11-2013, 17:04

  • 
  • Yük avtomobilində narkotik tapıldı

    Yük avtomobilində narkotik tapıldı ...

    22-12-2015, 14:41


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu