Mayli Sayrus və Britni Spirsin klipləri əxlaq normalarına zidd hesab edilib
Şou-biznes Fransadakı Mayli Sayrus və Britni Spirs pərəstişkarlarına pis xəbər. ANS PRESS-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, bu müğənnilərə aid musiqili videoların yayımlanması yasaqlanıb.
Sayrusun "Wrecking Ball" və Britninin isə "Work Btch" kliplərinin gündüz vaxtı televiziyada yayımlanmasının məqsədəuyğun olmadığı deyilir.
Qərara görə, kliplər gecələr yayımlanacaq. Bu zaman isə ancaq onların böyüklər üçün olduğu haqqında xəbərdarlıq işarəsi yerləşdiriləcək. Belə bir qərarın verilməsinə səbəb isə kliplərdə intim görüntülərin olması olub. Mənbə
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?