Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında işlərinin çoxluğundan dostlarına vaxt ayıra bilməməkdən şikayətlənib:
“Sənət pillələrdən ibarətdir, get-gedə qalxırsan. Hər qalxdıqca dostlarımın bir qismini itirmişəm. Get-gedə dostlarım azalır. İndi həyatımda yeni mərhələ başlayıb. Olan dostlarımı da itirməkdən qorxuram. İşlərimin çoxluğundan onlara vaxt ayıra bilmirəm, diqqətsiz oluram, hamısından üzr istəyirəm. İnsan qalxdıqca ətrafındakılar düşünür ki, inciməyə səbəbləri var. Amma əsl dostlar səni başa düşəndir. Ən yaxınlarıma demişəm ki, mənə dəyməyin. Çox sağ olsunlar ki, başa düşürlər. Əslində sənətçi həyatı belədir, dostlar zamanla ələnir”.
Namiq son vaxtlar işlərinin çoxluğunun onu yorduğunu deyib: “Serial çəkilişləri yaxşı gedir, amma ağır günlər keçirirəm. Çox yoruluram. Çünki mənim işim təkcə serial deyil, tədbirlərə gedirəm, işlərimlə məşğul oluram”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?