“Yoldaşınla ayrılandan sonra dost qalmaq özünü aldatmaq deməkdir...”
Bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva izləyicilərinin suallarını cavablandırarkən deyib. Blogger boşandıqdan sonra dost qalmağım mümkün olmadığını bildirib: “Özünü aldatmaqdır. Belə yaxşı yola gedirdinizsə, niyə ayrılırdınız? Düz çıxmır. Daha sonra hər iki tərəf öz həyatını yenidən quracaq və bu dostluq (əgər varsa) düzgün anlaşılmayacaq”. Qeyd edək ki, blogger ötən ilin fevral ayında fitness məşqçisi Kənan Əliyevlə ailə qurub. Cütlük 10 ay sonra – bu ilin dekabrında yollarını ayırmaq qərarına gəlib
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?