Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyeva "O səs Türkiyə"dəki çıxışına görə onu qınayanlara cavab verib.
Axşam.az-ın məlumatına görə, o, sosial şəbəkədə bunları qeyd edib:
"Həyata baxışın dəyişməlidir. Özün kimi baxmalısan. Öz baxışın olmalıdır. Öncəliklə sən nə istəyirsən - bunu anlamalısan. Bu həyatda içini rahat tutub, insanları seçmədən hörmət bəsləyib sevməlisən. Sahib olduğun hər zərrəyə görə şükür edib, təşəkkür etməlisən. Ailənə və səni sevən çevrənə xəyanət etmədən yaşayıb, vicdanını rahatlatmalısan. Allah hər birimizin içindədir, sadəcə, onunla danışıb, onunla məsləhətləşin. Məsləhət olan hər şey axır-əvvəl gəlib səni tapacaq. İnad etmə, xeyirlisini istə".
Qeyd edək ki, A.Quliyeva "O səs Türkiyə" müsabiqəsində münsif Murad Bozun komandasında yarışa davam edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?