"İnsanlar fərqli yerə bölünüb. Kimsə təhqir etdi, kimsə tənqid. Şəxsi həyatla gündəmə gəlmək fikrim olmayıb. Çalışmışam düzgün musiqi təqdim edim, sənət göstərim. Bir ara bütün konsertləri mən ifa edirdim. Amma onda gündəmdə deyildim".
Bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu "Birə-bir" proqramında deyib. Musiqiçi ikinci dəfə ailə qurmasına görə təhqir edildiyini söyləyib:
"Gündəmə gəlmək istəsəydim, paylaşmalı çox şey var. Kimsə, hansısa izləyici məni qınayırsa, açıqlama verməliydim. Bildirməliydim ki, başqa mövzudur".
Qeyd edək ki, Hüseyn ilk həyat yoldaşı İnci ilə ötən il ayrılıb. O, ikinci dəfə aktrisa Aysel İbrahimova ilə ailə qurub. Musiqiçinin birinci nikahdan iki qız övladı var./Axşam.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?