GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Mini yubkada muğam oxumazlar”

“Mini yubkada muğam oxumazlar”

Tarix: 6-11-2013, 13:35 Bölmə :Maqazin Baxış: 752
“Mini yubkada muğam oxumazlar”

Mələkxanım Əyyubova: “Bəzi böyüklərimiz dünənki uşaqlara dil verir”

Muğam ifaçısı Mələkxanım Əyyubova çox nadir hallarda müsahibə verir. “Məni danışdırmaq çətindir. Həmkarlarınız məni bəzən aylarla danışdıra bilmirlər” - deyən xanəndə əslində mətbuatdan o qədər də qaçan adam deyil. Dediyinə görə, efirlərə üstünlük verir. Amma...

Amma Mələkxanımın “saqqızını oğurlamaq” elə də çətin olmadı. “Axı bu gün - noyabrın 5-i sizin ad gününüzdür, təbrik edirik...” deyincə xalq artistinin virtualaz.org saytına müsahibəsi öz-özünə alındı. Suallar da necə deyərlər, bədahətən, bəzən hətta nizamsız-filansız gəlirdi.



- Bu gün ad gününüzdür. Necə qeyd edəcəksiniz? Təmtəraq olacaqmı?

- Mən heç vaxt başıma sənət adamlarını toplayıb təmtəraqlı ad günü eləməmişəm. Keçən il yubileyim qeyd olundu. Bu il də məni sevənlərlə birgə qeyd edəcəyik, inşallah. Çəkilişi sevmirəm, ona görə təmtəraq olmur. Efirlər ad günümü qeyd edir, daim diqqətdə saxlanılıram. Təşəkkür edirəm hamıya.

- Hədiyyə verməyi sevirsiniz, yoxsa almağı?

- Hədiyyəni verə bilməyən almağı da gözləməsin. İkisi də ustalıq və mədəniyyət tələb edir. Hörmət görmək istəyən hörmət etməlidir. Əlinə gələni verdyinin adını hədiyyə qoymaq olmaz. Bahalı hədiyyə əsas deyil. Diqqət və lazımlı bir şey olmalıdır.

- Bir ömür saxlayacağınız hədiyyələr var?

- Bəli, çoxdur.

- Layiq olduğunuz qiyməti-hörməti almısınız?



- Bəli. Layiqli qiymətimi Allah mənə hər zaman nəsib edib.

- Fransada, Almaniyada, Türkiyədə albom çıxarmısınız. Daha hansı ölkələrdə albom çıxaracaqsınız?

- Bilirsiniz, onları mən çıxarmamışam. Ölkələrdən təklif gəlib, onlar öz hesablarına bu albomları çıxarıblar. Yenə təklif gəlsə, əlbəttə ki, dəyərləndirərəm.

- Bir sənətkar üçün aldığı bütün titullar vacibdirmi?

- Bəli, lazımdır. Bunlar sənətkara ruh verir. Həvəsini atırır. Amma birinci xalqın sevgisidir. Bizim bəzi böyüklərimiz dünənki uşaqlara dil verirlər. Tanınmış bir sənətçimiz çıxır efirdə yenicə addım atan bir gəncə deyir ki, bala, sən əla oxudun, heç xalq artistlərimiz sənin kimi oxuya bilməz. O gənc sabah hansı sənətkara hörmət edəcək, kimi sayacaq? Mənim də bir tələbəm tez böyüdü, saymazyana hərəkətlər elədi. Amma o, özünü hörmətdən saldı. Mənim səviyyəm də, çəkim də yerindədir. Böyükləri hörmətsiz edən elə böyüklərin sözüdür. Artıq sən o sözünlə onu yönəltdin ki, böyüyü sayma. Analıq edirsən, himayə edirsən, sonra tez qudururlar, çünki dil verənlər var. Biz özümüzdən böyüklərə salam verməyə belə çəkinirdik. İndikilər isə gözümüzə hoppanır.

- “İndi əlçatmaz qalmayıb, istədiyin məşhuru pulla hara istəsəm, gətirib oxutduraram” deyənlərin fikirləri ilə razısınız?

- Məni kim pul verib şou-proqrama aparıb oxutdura bilər? Sənətkar olanın şou-proqramda, restoranlarda nə işi var? Onu şou adamları üçün deyərlər, sənətkarlar üçün yox. O sözü deyən düz deyib, amma şou adamı üçün söyləyib. Onlar kimdir ki, onlara da əl çatmasın?

- Bu günün gənclərinə vətəni tapşırmaq olar?

- Uşaqlarımızın bünövrəsi düzgün qoyulmur. Əvvələr də qüsurlar olub, amma bu qədər açıq-aşkar yox. Bilirsiniz necədir, deyir balam əzizidir, tərbiyəsi ondan da əzizdir. Canımızı verərik balalarımıza, amma gərək həddində. Yoxsa sabah utanan da özümüz olacağıq. Valideynin hökmü olmalıdır ki, uşaq ondan qorxsun. Uşağı yönləndirmək lazımdır.

- Üzünüzə yalandan gülənləri tanıya bilirsiniz?

- Rentgen kimi. O saat, yerindəcə tanıyıram. Həssas insanam.

- Öz yerinizi bilirsiniz?

- Əgər bilməsəydim, bu qədər xalqın sevgisini rəğbətini qazanmazdım.

- Sirr deyilsə, sizi kim və ya nə ram edə bilər?

- Yalnız təmiz qəlb.

- Odunuzun üstünə kim su tökür?

- Həyat yoldaşım. Həm də mən hələm-hələm hirslənmirəm. Çox səbrliyəm. Axırıncı dəfə nə vaxt hirsləndiyimi xatırlamıram desəm, səmimiyyətimə inanın. Mən qaraçı dediyin ən həyasız insanla savaşa bilmərəm. Sakitcə üzümü çevirib gedərəm. Səbrin özü yüksək mədəniyyətdir. Məndə o var.

- Mini yubkada muğam oxumaq olar?

- Hərənin öz zövqü var. Ancaq milli musiqi oxuyursansa, milli geyim də geyinməlisən. Mini yubkada muğam oxumaq olmaz, bu, janrın özünə hörmətsizlikdir.

- Müğənni oynamalıdır, yoxsa oxumalı?

- Oxumalıdır. Amma indikilər rəqqasəlik də edir. Mən də belə görəndə hirslənirəm. Mahnı ilə yaşamaq başqa hissdir.

- Qazandığınız günah çoxdur, yoxsa savab?

- Onu bilən tək Allahdır. Bilə-bilə qəlb qırmaram. Bəlkə də yaxşılığım yazılmaz. Ona görə Allah bilir. Günahımızı Yaradan özü bağışlasın. Namaz qılıb oruc tutmuram. İnşallah, bu da nəsib olar. Oruc tut, namaz qıl, sonra da saxtakarlıq elə. Bunun harası din və Allah yolu oldu? Qeybət et, sonra de dindaram. Belə olmaz.



- Kövrəksiniz?

- Çox. Həddən ziyadə, çünki gözləmirsən ki, kimsə sənə pislik edər. Amma edir, sonra da ürəyin sınır.

- Tez qərar verirsiniz?

- Yox, min ölçüb bir biçirəm.

- Komplekslisiniz?

- Bir az hə.

- Sözü üzə deyənsiniz?

- Lazım gəldiyi yerdə hə, deyirəm.

- Dostunuz çoxdur?

- Var. Amma ürək sirdaşım ailəmdir.

- Özünüzdən razısınız?

- Yaxşı mənada - bəli.

- Bədxərcsiniz?

- Yox. Hər yaşımda pulla davranmağı bacarmışam. Çox nizamlıyam. Mühasibatlıqda işləsəydim, yaxşı işçi olardım.

- Vasvası insansınız?

- Off.. Özü də xəstə kimi.

Aysel Talıbqızı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • MÜĞƏNNİNİ 3 İLDİR Kİ ƏRİ TOYLARA GETMƏYƏ QOYMUR

    MÜĞƏNNİNİ 3 İLDİR Kİ ƏRİ TOYLARA GETMƏYƏ QOYMUR ...

    10-07-2013, 17:48

  • 
  • Muğam ifaçısı Kürdə bataraq öldü

    Muğam ifaçısı Kürdə bataraq öldü ...

    24-07-2014, 15:12

  • 
  • Əməkdar artist: "Mən atamın tərbiyəsini almışam"

    Əməkdar artist: "Mən atamın tərbiyəsini ...

    12-01-2016, 13:03

  • 
  • "Oqtay özü mənim üçün hədiyyədir, o, başdan-ayağa bayramdır"

    "Oqtay özü mənim üçün hədiyyədir, o, ...

    27-10-2015, 22:28

  • 
  • Xalq artistinin qızı: "Mənim bədbəxtçiliyimdə atamın rolu oldu"

    Xalq artistinin qızı: "Mənim ...

    13-01-2015, 22:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu