Tanınmış xalq artistinin qızı "Düzünü desək" verilişində qonaq olub.
gundemxeber.az milli.az-a istinadən xəbər verir ki, öz simasını və kimliyini gizlədən qız taleyindən danışıb.
"Mən 1982-ci ildə anadan olmuşam. Atam tanınmış xalq artistidir. İndiyədək bu haqda danışmamışam. Simamı buna görə gizlədirəm. Atamın pis olmasını istəmirəm.
Çox gənc yaşlarımda ailə qurmuşam. Ailələrimiz dost olub.18 yaşımda ərə getdim. Ərimin ailəsi məni çox istəyirdi. Keçmiş həyat yoldaşımın o vaxt 20 yaşı var idi. 5 il birlikdə yaşadıq. Zəhmətkeş, ailə və övladsevən biri deyildi. Buna görə mübahisələrimiz yaranırdı. Bir neçə dəfə ata evinə qayıtmışam. Atamın pis olduğunu görüb, yenidən ər evinə qayıdırdım. Sonda qərar verdik, ayrıldıq. İndi uşaqlarına baxmır. Bizimlə maraqlanmır.
Hamı bilir ki, övlad sahibi olmaq, onu böyütmək çox çətindir. Buna görə atamı çox günahlandırıram. Atam dostuna söz verdiyi üçün məni qurban verdi. Mənim bədbəxtçiliyimdə atamın rolu oldu. İndi çox əziyyət çəkir. Artıq olan olub və keçib. Gənc xanımlara məsləhət görürəm, ailə qurduğunuzda diqqətlə fikirləşin".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?