Zəlimxan Yaqub son vaxtlar tez-tez mənim yadıma düşürdü.
gundemxeber.az bildirir ki, bu sözləri xalq artisti Gülyanaq Məmmədova xalq şairi Zəlimxan Yaqubun vəfatı haqda axar.az-a danışarkən deyib.
O, bu itkinin hamı üçün çətin olduğunu bildirib:
"Onun ölümü hər birimiz üçün ağır oldu. Sanki şairin ölümünü hiss etmişdim. İştirak etdiyim verilişdə çıxışım boyu onun şeirlərini oxumuşdum. Allah qalan şairlərimizə, sənətkarlarımıza can sağlığı versin. Zəlimxan müəllimin ailəsinə can sağlığı arzulayıram."
Xatırladaq ki, xalq şairi Zəlimxan Yaqub ötən gün uzun sürən xəstəlikdən sonra vəfat edib.
Sorğu
Yeni dizaynımız necədir?